Ən qəribə toy: uşaqlıq dostu ilə evlənəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqlıq illərində birlikdə vaxt keçirdiyi, futbol oynadığı, qonşuların həyətlərinə girərək "meyvə oğurluğu" etdiyi insanla ailə qurmaq fikrinə düşən Kristofer Doddu valideynləri, qohumları və tanışları anlaya bilmirlər.
O isə uşaqlıq illərində top qovduğu, Playstation-u bölüşdürdüyü dostunu çox sevdiyini və onunla evlənəcəyini söyləyir.
"Qərarım qətidir - onunla ailə quracağam!" - deyir Kristofer.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 24 yaşlı Kristofer Dodd 27 yaşlı Fey Pardhemə dəlicəsinə vurulduğunu, onu çox sevdiyini söyləyib.
Fey əvvəllər Kevindi. Yəni oğlandı və Kristoferin də ən yaxın dostu idi.
Sonradan yaşam onları ayırıb. Kevin 21 yaşına çatanda köhnə dostu, uşaqlıq illərinin sirdaşı ilə qarşılaşıb.
Fəqət, Kevin artıq Fey idi.
Cinsini dəyişərək qadın olmuş Kevin uzunsaç, incəbelli Fey olmuşdu.
Qadına çevrilmək üçün 6 cərrahiyyə əməliyyatına məruz qalan və 4 il ərzində hormonal preparatlar qəbul edən Kevin arzusuna çatıb Fey olandan sonra Kristoferlə qarşılaşıb.
Middlsboro şəhərinin Souz Benk səmtində böyümüş köhnə dostlar arasında münasibətlər dəyişib, Kristofer Kevinə, daha doğrusu, Feyə aşiq olub.
İndi onlar evlənməyə, ailə qurmağa hazırlaşırlar.
Middlsboro Universitetinin kimya fakültəsində oxuyan Kristofer Dodd deyir: "Feyi görəndə ona ilk baxışdan aşiq oldum. Sonra onun əvvəllər Kevin olduğunu öyrənəndə heyrətlənsəm də, hisslərimdə dəyişikliklər olmadı. Feyi çox sevirəm. Həmişə birlikdə olmağa öyrənmişik. 9 yaşım olanda onunla tanış olmuşdum. Həmin vaxtlarda Kevin ən yaxın dostum idi".
Əvvəllər Kevin olmuş Fey Pardhem isə bütün oğlanlar kimi, topla və avtomobillə oynamağı sevsə də, kuklalara mehr salmağa başladığını da etiraf edib: "12 yaşım olanda qadına çevrilmək istədiyimi anladım. O vaxtlar bacımın paltarlarını geyməkdən həzz alırdım. Valideynlərimin cibxərcliyi kimi verdikləri pulları yığır, qız paltarları alır, üzümə makiyaj çəkirdim.
16 yaşıma çatanda isə fiziki transformasiyalara məruz qalmaq üçün hormonal preparatlar qəbul etməyə başladım. Zaman keçdikcə Kristoferdən uzaq durmağa başladım. Səbəbini deməyə utanırdım. 16 yaşım olanda ailəmiz şəhərdən köçdü və bir daha Kristoferi görmədim".
Kristofer 21-ci ad günün qeyd edəndə isə Fey onunla görüşüb: "Cinsimi dəyişməyimdən Kristoferin xəbərinin olduğunu düşünürdüm. Amma o, məni görəndə "Tanrım, nə yaman dəyişmisən!" söylədi. Güldük. Sonra ona vurulduğumu anladım. İndi nikaha və toya hazırlaşırıq".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.












DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu





