Milli.Az 4charx.com-a istinadən bildirir ki, birinci iki gün geniş tamaşaçı üçün giriş bağlı olacaq. Ancaq bu günlərdə darıxmaq da olmayacaq, axı bir çox seriya və konseptual yeniliklər gözlənilir. Onlardan çoxu ilə bizim oxucularımız artıq qiyabi tanışdırlar. Ona görə də bu gün ilin ən nüfuzlu motor-şou ərəfəsində, biz sadəcə ən əhəmiyyətli debütant-avtomobillərin siyahısıyla tanış olmağı təklif edirik, həmçinin mümkün premyeraları xatırlatmaq istəyirik.
Yeni seriya modellərinin siyahısında ən əhəmiyyətli Ford Focus, Volkswagen Polo Peugeot 308 SW, VW Golf Sportsvan yenilənmiş ailələri, kompakt avtomobillər üç əkiz Peugeot 108/Citroen C1/Toyota Aygo, arxa mühərrikli platformaya keçmiş "balaca" Renault Twingo, Qoros 3 heçbeki, həmçinin Citroen C4 Cactus perspektivli krossover-heçbeki, ofroud universal Skoda Octavia Scout və BMW-dən müəyyən mənada inqilabi kompaktven Active Tourer 2-Series. Ancaq ən çox gözlənilən yeni modellərin siyahısı heç də bununla bitmir: biz hələ Audi A1 yenilənmiş sırası, Avropa üçün Nissan Almera qolf-hetçi, orta ölçülü Lexus NX krossoveri, üstəgəl müasirləşdirilmiş Nissan Juke və ehtimal ki, subkompakt Jeep Renegade yolsuzluq avtomobili ilə də görüşməliyik.
Maraq doğuracaq bir sıra debütantların sırasına Opel Adam Rocks və demək olar ki, yarış avtomobili Astra OPC Extreme, Citroen C5 CrossTourer, Fiat Freemont Cross və Panda Cross, yenilənmiş Volkswagen Scirocco və BMW X3, A-Class büdcə heçbeki Suzuki Celerio və qaz-balon avadanlığı ilə təchiz edilmiş Skoda Octavia G-TEC də daxildir. Bahalı maşınlardan Mercedes-Benz S-Class yeni kupesini, Rolls-Royce Ghost (Series II) yenilənmiş "limuzini", Alpina B4 Bi-Turbo və Ferrari California T kupe-kabrioletlərini, Jaguar XFR-S Sportbrake universalını və Range Rover Evoque zirvə universalını qeyd etmək lazımdır.
Cenevrə-2014 -ün konseptual "brilyantları" isə Citroen C4 Cactus Aventure, Hyundai Intrado, Mazda Hazumi, kupe-liftbek Skoda VisionC, həmçinin MINI Clubman, hot-hetç Honda Civic Type-R, Volvo Concept Estate universalı və Volkswagen T-ROC və SsangYong XLV yığcam krossoverləri olacaqlar.
Genevrə beynəlxalq avtosalonunda "2014-cü ilin avtomobili" müsabiqəsinin yekun mərhələsi keçirilib. 22 ölkədən 58 avtomobil jurnalisti Peugeot 308 heçbeki bu fəxri ada layiq görüblər.
2013-cü ildə Avropa bazarına çıxmış müsabiqənin yeddi finalçısı dekabrda elan edilmişdilər. Peugeot 308 ilə ilin avtomobili adlanmaq hüququ üçün BMW i3, Citroen C4 Picasso, Mazda3, Mercedes S-Class, Skoda Octavia və Tesla Model S rəqabət aparırdı. Keçən ilin dördüncü rübündə başlamış qalib artıq 55 mindən çox sifariş yığıb.
Bu qələbə - Peugeot üçün artıq dördüncüdür. Daha əvvəllər "İlin Avtomobili" adı 307 (2002-ci il), 405 (1988-ci il) və 504 (1969-cu il) modelləri layiq görülmüşdü.
Volkswagen şirkəti öz əsas premyerasını - T-ROC konseptual krossoverini açıqladı. Avtomobil nə çox nə az, şəhər avtomobilləri sinifində kardinal yeni standart təqdim etməyə iddialıdır.
Bəs bu Volkswagen T-ROC necə maşındır? Hər şeydən əvvəl, o, gələcək Volkswagen krossoverləri dizaynında tam bir istiqaməti nümayiş etdirən bir avtomobildir. Və əgər CrossBlue və CrossBlue Coupe konseptləri ABŞ-da və Çində məşhurlaşan "iri" SUV modellərinin necə görünüşə sahib olacaqlarını əks etdirirdilərsə, T-ROC modeli Avropada şəhər mühiti üçün aktual olan modelin konseptidir.
Avtomobilin xarici görünüşündə səciyyəvi kələ-kötürlüyü, həmçinin işıq diod faraları qeyd etməyə dəyər. Bundan başqa, avtomobilin qabaq və arxa hissələrində istənilən vaxt mükəmməl görünüşü təmin etmək üçün kameralar qurulmuşdur. Range Rover Evoque ilə hansısa oxşarlıqlar olsa da, yeni alman modelinin ölçüləri daha kiçikdir.
Volkswagen T-ROC kapotu altında 184 a.g. və 380 Nm fırlanma anı hasil edən 2,0 litrlik TDI dizel mühərriki yerləşdirilib. Mühərrik 7-pilləli DSG transmissiyası ilə cütlükdə işləyir. 4MOTION sistemi beşinci nəsil Haldex muftası sayəsində gücün bütün təkərlərə ötürülməsini təmin edir. Yeri gəlmişkən, ötürücü qutunun üç iş rejimi nəzərdə tutulub: Street, Offroad və Snow.
Volkswagen T-ROC interyeri də az maraq çəkmir. Birincisi, xoş gözlənilməzlik o oldu ki, avtomobili kabrioletə çevirmək çox asandır. Düzdür, burada damın elektrik ötürücüsü yoxdur - sürücüyə əl ilə iki paneli çıxartmaq və onları yük yerinə qoymaq lazım olacaq. Çətin ki, bu həll nə vaxtsa seriyaya daxil olacaq, amma nəticədə bir şey aydındır ki, əgər hər şeyi əl ilə etmək mümükündürsə artıq xərc çəkib bahalı qurğular qurmaq nəyə lazımdır? Amma T-ROC 12,3-düym ekranla tamamilə rəqəmli cihaz paneliylə təchiz edilib, həm də ekranın zahiri görünüşü hərəkətin seçilmiş rejimindən asılı olaraq dəyişir. Nəhayət, mərkəzi konsoldakı ekran - bu yalnız müxtəlif sistemləri idarə etmə kompleksi deyil, tam funksiyalı planşet kompüterdir və sürücü istəsə onu götürüb özü ilə apara bilər.
Ümumiyyətlə, görünür, Volkswagen krossoverlərini həqiqətən maraqlı gələcək gözləyir. Əlbəttə, T-ROC rəsmən seriya istehsalına daxil olması haqqında hələ heç kim danışmır, amma ilkin məlumatlara görə, belə avtomobil artıq 2016-cı ildə bazara çıxa bilər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.