Maraqlı

Universal Octavia Scout - FOTO

13 Fevral 2014 20:51
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yüksək keçirmə qabiliyyəti olan universal, yeni nəsil "Skoda Octavia Scout"-un ilk təsvirləri elan olundu. Avtomobilin rəsmi prezentasiyası 2014-cü ilin martında Cenevrə avtosalonu çərçivəsində keçiriləcək.

Milli.Az Auto.az-a istinadən bildirir ki, "Skoda Octavia Scout"un xarici görünüşü adi modifikasiyadan bamperə xüsusi plastik qoymalar, təhlükəsizlik moldinqləri, 17 düymlük yüngül lehimli disklər, həmçinin duman əleyhinə fənərlərin bir qədər fərqli tərtibatı ilə fərqlənir.

Bundan başqa, hərəkət işığı zolağı 33 mm artıb, 188 mm olub, qabaq və arxa çıxıntılar sayəsində avtomobil daha dik yoxuşlar və çətin keçilən sahələrin öhdəsindən gələ bilir.

Beşinci nəsil Haldex muftası sayəsində bütün təkərlərə ötürücü əldə edilir. Çexiya istehsalçısının verdiyi məlumata görə, bu aqreqat əvvəlkindən daha yaxşı keçmə və iş sürəti təmin edir.

Avropada "Skoda Octavia Scout" bir benzin və iki dizel mühərrikləri ilə təqdim olunur. Şirkətin rəsmi məlumatında bu mühərriklərin texniki xarakteristikaları bilidirlmir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.