Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kaliforniya ştatının sabiq qubernatoru nəqliyyat vasitəsi qismində bitki yağı ilə işləyən Hummer-i seçmişdi.
Bu avtomobil, gerçəkdən də, dünyada bitki yağı ilə işləyən yeganə Hummer-dir.
Kaliforniya ştatını idarə etdiyi illərdə "Dəmir Arni" özünü "Yaşıl qubernator" adlandırırdı.
2006-cı ildə o, 7 Hummer-indən 6-nı satmış və bununla da ətraf mühitin qorunmasına yardım etməyə çalışdığını demişdi.
Şvarsneggerin dediyinə görə, yeganə Hummer-i indi yosunlar və qarğıdalıdan alınan yanacaqla çalışır.
Dünən də "Terminator" Los-Ancelesdəki evini yaşıl Hummer-də tərk etdi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Daily Mail