Milli.Az 4charx.com-a istinadən bildirir ki, ilkin informasiyaya görə, 2014-cü ilin Toyota Land Cruiser Prado-su 45 mm daha uzun, 10 mm daha geniş və 20 mm daha alçaq olacaq. Avtomobil xaricdə başqa faralar, şəkli dəyişdirilmiş bamper və yeni radiator barmaqlığı əldə edəcək.
Baza komplektasiyası sükan isitməsi, kor zonaların monitorinqi sistemi və arxa görünüş kamerasıyla tamamlanıb. Avtomobilin cihaz lövhəsinə informasiya sisteminin rəngli ekranı yerləşdirilib, yenidən işlənmiş mərkəzi konsolda isə yumru coystik peyda olub.
Yenilənmiş Toyota Land Cruiser Prado güc aqreqatları sırasına 190 a.g. hasil edən 3,0-litrlik dizel, 165 a.g. hasil edən 2,7-litrlik benzin və 282 a.g. hasil edən 4,0-litrlik mühərriklər daxil olacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


