Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qızdırılan oturacaqlar təhlükəlidirmi? - FOTO
27 Yanvar 2013 13:46
0 Şərh
Baxış: 6 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oturacaqların isidicisi ilk dəfə bir çox illər bundan öncə oturacaqlarının üzlüyü dəridən olan Saab avtomobillərinin salonları üçün tətbiq edilib. O vaxtdan bəri bu komfort vasitəsi elektrik şüşəqaldıranlarla və rahatlığı təmin edən digər detallarla birlikdə bizim həyatımıza daxil olub.
Əvvəlcə gəlin oturacaqların, ümumiyyətlə, necə isidildiyini yada salaq.
Oturacaqların isidicisi qızdırıcı elementdən və temperaturun tənzimlənməsi sistemindən ibarətdir. Qızdırıcı element birbaşa və ya siqaretyandıran (avtomobilin salonunda siqaret yandırmaq üçün nəzərdə tutulmuş elektrik qurğusu) vasitəsilə avtomobil bortunun enerji şəbəkəsinə qoşulur.
Milli.Az Avtomobil.az-a istinadən bildirir ki, komfortu təmin etməklə yanaşı, oturacaqların isidicisi daha bir mühüm funksiyanı da yerinə yetirir: salondakıların sağlamlığını qoruyur. Hətta temperatur çox aşağı olmadıqda belə, avtomobilin oturacağı gecə boyu (və ya avtomobil müəyyən müddətə işlədilmədikdə) o qədər soyuyur ki, oturacağa oturmaq soyuq daşın üzərində oturmağa bərabər olur. Bu isə, təbii ki, böyrəklər, sidik və cinsiyyət sistemi üçün zərərlidir və radikulitə səbəb ola bilər.
Oturacaqların isidicisi sizi bu problemlərdən azad edir.
Oturacaqların isidicisi nə üçün təhlükəlidir?
Yuxarıda qeyd edildiyi kimi, isidicilərin çoxlu sayda faydalı xüsusiyyətləri var. Bununla belə, hər hansı əşyanın və ya vasitənin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də olur (adətən istehsalçılar mənfi cəhətləri gizlətməyə üstünlük verirlər).
Bu yaxınlarda internetdə avtomobil isidicilərinin təhlükəli olduğu barədə məlumatlar yayıldı. Həmin məlumatların əsas tezislərini diqqətinizə çatdırırıq:
1. İsidici elementlər təkcə insanın belini və bədəninin bilavasitə oturacaqla təmasda olan hissəsini qızdırmır, həm də cinsiyyət orqanlarının temperaturunu yüksəldir (kişilərin cinsiyyət orqanlarının normal temperaturu 34-35,5 dərəcədir). Buna görə də, isidilən kresloda uzun müddət oturmaq kişilərdə spermanın keyfiyyətinin pisləşməsinə və nəsilartırma qabiliyyətinin azalmasına gətirib çıxarır. Bundan başqa, o, cinsi potensiyaya da mənfi təsir göstərir. Xatırladaq ki, nəsilartırma funksiyasının bərpası üçün 40-90 gün tələb olunur. Amma onu da qeyd edək ki, oturacaqların isidicisinin təhlükəli olduğu barədə fikirlər real faktlarla təsdiqlənməyib.
2. İlin şaxtalı dövründə isinmiş avtomobildən çıxarkən böyrəkləri və onlarla yanaşı, sidik və cinsiyyət sistemini soyuğa vermək riski artmış olur.
Yuxarıdakı tezislər İnternetdə qızğın müzakirələrə səbəb olsa da, məsələ şəxsi rəylərin ifadə edilməsindən uzağa getmədi.
Buna görə də vəziyyəti aydınlaşdırmaq üçün biz mütəxəssisə müraciət etməyi qərara aldıq.
Əslində nə baş verir?
Əslində vəziyyət belədir: vaxtının çoxunu sükan arxasında keçirən sürücülərin sağlamlığında yaranan problemlərin çoxu məhz oturaq həyat tərzi ilə əlaqədardır.
Oturacaqda uzun müddət praktiki olaraq hərəkət etmədən oturmaq çanaqda qanın durğunluğuna gətirib çıxarır, oturaq sinirinə və onurğaya mənfi təsir göstərir, onurğa sütununun boyun və döş hissələrində nevralgiyalara səbəb olur. Bu problemlər isə öz növbəsində daxili orqanların işində pozuntularla nəticələnir. Məsələn, çanaqda qanın durğunluğu potensiyaya mənfi təsir göstərir.
Oturacaqların yüksək temperaturuna gəlincə, bu, orqanizmin sağlamlığı üçün tamamilə təhlükəsizdir.
Oturacaqların isidilməsinin sağlamlıq üçün təhlükəli olduğu barədə yuxarıdakı ikinci tezis də ciddi əsaslara söykənmir. Avtomobilin isti salonundan şaxtalı havaya çıxarkən insanın damarları cəmi 2-3 dəqiqədən sonra ətraf mühitin temperaturuna uyğunlaşır və real soyuqlama təhlükəsi mövcud olmur.
Əgər sürücü həddən artıq nazik geyinibsə, avtomobilin salonundan bayıra çıxarkən onun soyuqlamasının "təqsirkarı" oturacaqların isidilməsi deyil, soyuq mövsümə vaxtında hazırlaşmayan sürücüdür.
Burada "sağlam orqanizm" anlayışının mühümlüyünü də qeyd etmək lazımdır. Sükan arxasında mütəmadi olaraq keçirilən uzun saatların mənfi nəticələrindən yaxa qurtarmaq üçün sürücü ən azından yadda saxlamalıdır ki, səhərlər fiziki hərəkətlər etmək, qaçışla və ümumiyyətlə, idmanla məşğul olmaq, ya da heç olmasa açıq havada gəzintiyə çıxmaq lazımdır.
Oturacaqların isidicisi sağlamlığının qayğısına qalan insanların səhhətini poza bilməz, sağlamlığının qayğısına qalmayanların səhhətini poza bilən amillər isə yetərincədir.
Bununla belə, isidici işlədikdə havanı qurudur və oksigeni "udur" ki, bu da salondakıların vaxtından əvvəl yorulmasına və hətta baş ağrısına gətirib çıxara bilər (əlbəttə, əgər salona təmiz hava daxil olmursa).
Nəticə
Sürücülərin peşə xəstəlikləri ilk növbədə oturaq həyat tərzi ilə əlaqədardır və oturacaqların isidicisinin olub-olmaması ilə qətiyyən əlaqəsi yoxdur.
Sağlam həyat tərzi sürmək (və daha yaxşısı, bədən tərbiyəsi ilə məşğul olmaq) sizi həm soyuqlama təhlükəsindən, daha ciddi xəstəliklərə məruz qalma riskindən qoruyar.
Avtomobil oturacaqlarının isidicisinin yaratdığı kəskin temperatur dəyişkənlikləri sağlam orqanizm üçün tamamilə zərərsizdir.
Oturacaqların isidicisindən istifadə etsəniz, sizi isti və komfortlu mühit əhatə etmiş olacaq ki, bunun heç bir ziyanı yoxdur.
Yaxşı olar ki, oturacaqların isidicisini 10-15 dəqiqədən artıq müddətə işə salmayasınız. Bu müddət oturacaqların komfortlu temperaturadək isinməsi üçün kifayətdir. Bundan sonra isidicini söndürün və ya minimal rejimə keçirin. Bu həm də sadəcə olaraq təmiz hava ilə nəfəs ala bilməyiniz baxımından məsləhətlidir.
Beləliklə, yekun olaraq sonda qeyd edək ki, oturacaqların isidicisindən istifadə etməyin heç bir ziyanı yoxdur. Bu, sizə yalnız istilik və komfort bəxş edə bilər.
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Təranənin qızı Suel pilot olacaq - (Video)
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır