Maraqlı

Ölümdən döndü, danışmağa başladığı dil hamını şoka saldı

25 Dekabr 2024 08:59
Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda yaşayan Althia Brayden boynundakı karotid arteriyada yaranan problem səbəbindən insult keçirib. Həyat yoldaşı tərəfindən evdə huşsuz vəziyyətdə aşkarlanan Brayden dərhal xəstəxanaya aparılıb. Beyinə qan axını kəsildikdən sonra o, danışma qabiliyyətini tamamilə itirib.

Milli.Az xəbər verir ki, Braydenin əməliyyatı və müalicəsi zamanı xəstəxanada işləyən tibb bacıları və həkimlər o, yenidən danışmağa başlayanda ondan eşitdikləri ilk sözlərin italyan olduğunu bildiriblər. 

Xəstə isə daha əvvəl İtaliyaya getməyib və bu dili öyrənməyə cəhd etməyib.

Həkimlərin fikrincə, Braydenin hekayəsi "Xarici Vurğu Sindromu" adlı nadir bir fenomenin parlaq nümunəsidir. Adətən beyin travması və ya insultdan sonra yaranan bu sindromda xəstə bəzən ümumiyyətlə bilmədiyi bir dildə danışa və ya öz dilini yad ləhcə ilə səsləndirə bilər. Hallar çox nadir olduğundan, tibbi ədəbiyyatda hələ də tam izah edilməmiş cəhətlər var.

Öz şəxsiyyətindən uzaqlaşdığını hiss edən Brayden köhnə səsinə qayıtmaq və əvvəlki kimi ingiliscə danışmaq istəyir. /news24.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.