Hadisə

Pilot təyyarəni niyə dənizə endirməyib? - AÇIQLAMA

25 Dekabr 2024 16:42
Baxış: 2 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktauda qəzaya uğrayan təyyarənin pilotları güclü mütəxəssisdir. 

Bu barədə qazaxıstanlı aviasiya eksperti Abyl Kekilbayev bildirib.

Onun sözlərinə görə, adətən təyyarə bu şəkildə qəzaya uğrayanda ​​heç kim sağ qalmır. 

Ekspert "təyyarəni dənizə endirmək mümkün idimi?" sualına belə cavab verib: "Mülki aviasiya sahəsində mütəxəssis olaraq deyirəmki, istənilən təyyarə kapitanının verdiyi qərarı ən yaxşısı kimi qəbul edirik. Düşünürəm ki, o, bu təyyarəni hava limanına gətirib sağ-salamat endirəcəyinə əmin olduğu üçün belə bir qərar verib. Hər bir pilot belə vəziyyətə əvvəlcədən hazırlaşır. Ona görə də fövqəladə vəziyyət olsa da, onlar buna hazırdılar. Biri deyir ki, hava ilə əlaqədardır, biri deyir ki, təyyarədə oksigen çəni partlayıb. İstənilən halda bütün səbəblər hərtərəfli araşdırılacaq". 

Onun sözlərinə görə, belə bir hadisənin baş verməsinin tək səbəbi yoxdur. Belə bir vəziyyətə səbəb olan bir sıra səbəblər var: "O, 20-dən çox insanın həyatını xilas edib. Təyyarə burnu aşağı düşsəydi, hamı öləcəkdi. Amma pilot təcrübəli mütəxəssis olduğunu göstərdi və bacardıqca təyyarəni düz yerə endirməyə çalışdı. O, hava limanına çatmasa da, mümkün olan hər şeyi etməyə çalışıb. Bu baxımdan baxanda insanlar pilotun sayəsində sağ qalıblar". (Unikal.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.