Dönər+ayranı 50 qəpiyə satdı, 1 ton ət 3 saatda qurtardı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə kafelərdən biri açılış kampaniyası olaraq dönər və ayranı 1 lirədən ( 49 qəpik ) satışa çıxarıb. Açılış mərasimində müştərilər üçün 1 ton ət hazırlanıb və dönərlər cəmi 3 saat ərzində tükənib.
Milli.Az xəbər verir ki, Ankara şəhərinin Yenimahalle rayonundakı İvedik Sənaye Zonasında açılış münasibətilə toyuq dönəri və ayranın qiyməti 1 lirə olaraq təyin edilib. Kampaniyadan xəbər tutan insanlar restoranın açılış saatından əvvəl növbəyə düzülüblər. Bəzi müştərilər birdən çox dönər almaq istədiklərini bildiriblər.

Kampaniyada iştirak edən Nazmi Başqaya adlı vətəndaş bildirib: "Belə bir kampaniyanı ilk dəfə görürük. Bu təşəbbüsü həyata keçirənlərdən Allah razı olsun. İnsanlar iqtisadi baxımdan harada daha sərfəlidirsə ora gedirlər. Yaxınlıqda bahalıqdır deyə bura gəldik."
Mikail Büyük adlı başqa bir vətəndaş isə deyib: "Soyuq havada 1 lirəyə dönər olduğunu eşidib gəldik və gözləyirik. Belə bir açılışı heç vaxt görməmişik. Elanları görəndə əvvəlcə təəccübləndik, inanmadıq. Sonra dostlarıma xəbər verdim, indi də onlarla birlikdə gəlmişik. Ümid edirik ki, növbə bizə də çatacaq."
Kafenin sahibi Gökhan Yurtsever kampaniya ilə bağlı fikirlərini belə ifadə edib: "1 lirə vətəndaşlar üçün daha cəlbedicidir. Axı 1 manat olsa da, insanlar ödəniş edirlər. Tamamilə pulsuz etsəydik, bəlkə də bu qədər diqqət çəkməzdi. Məhsul üçün müəyyən qiymət qoymuşuq və insanlar bu pulu ödəyir. Bundan sonra normal qiymətlərə qayıdacağıq. İstəyərdik ki, kampaniya 3 gün davam etsin, lakin buna imkanımız çatmır. Vətəndaşların marağı çox böyükdür. Ümid edirik ki, hər şey daha da yaxşı olacaq."
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





