Dönər+ayranı 50 qəpiyə satdı, 1 ton ət 3 saatda qurtardı - FOTO

27 Noyabr 2024 18:20

Türkiyədə kafelərdən biri açılış kampaniyası olaraq dönər və ayranı 1 lirədən ( 49 qəpik ) satışa çıxarıb. Açılış mərasimində müştərilər üçün 1 ton ət hazırlanıb və dönərlər cəmi 3 saat ərzində tükənib.

Milli.Az xəbər verir ki, Ankara şəhərinin Yenimahalle rayonundakı İvedik Sənaye Zonasında açılış münasibətilə toyuq dönəri və ayranın qiyməti 1 lirə olaraq təyin edilib. Kampaniyadan xəbər tutan insanlar restoranın açılış saatından əvvəl növbəyə düzülüblər. Bəzi müştərilər birdən çox dönər almaq istədiklərini bildiriblər.

Kampaniyada iştirak edən Nazmi Başqaya adlı vətəndaş bildirib: "Belə bir kampaniyanı ilk dəfə görürük. Bu təşəbbüsü həyata keçirənlərdən Allah razı olsun. İnsanlar iqtisadi baxımdan harada daha sərfəlidirsə ora gedirlər. Yaxınlıqda bahalıqdır deyə bura gəldik."

Mikail Büyük adlı başqa bir vətəndaş isə deyib: "Soyuq havada 1 lirəyə dönər olduğunu eşidib gəldik və gözləyirik. Belə bir açılışı heç vaxt görməmişik. Elanları görəndə əvvəlcə təəccübləndik, inanmadıq. Sonra dostlarıma xəbər verdim, indi də onlarla birlikdə gəlmişik. Ümid edirik ki, növbə bizə də çatacaq."

Kafenin sahibi Gökhan Yurtsever kampaniya ilə bağlı fikirlərini belə ifadə edib: "1 lirə vətəndaşlar üçün daha cəlbedicidir. Axı 1 manat olsa da, insanlar ödəniş edirlər. Tamamilə pulsuz etsəydik, bəlkə də bu qədər diqqət çəkməzdi. Məhsul üçün müəyyən qiymət qoymuşuq və insanlar bu pulu ödəyir. Bundan sonra normal qiymətlərə qayıdacağıq. İstəyərdik ki, kampaniya 3 gün davam etsin, lakin buna imkanımız çatmır. Vətəndaşların marağı çox böyükdür. Ümid edirik ki, hər şey daha da yaxşı olacaq."

İsmayıl
Milli.Az