Maraqlı

"Coca-Cola" sərxoşluqdan sonra baş ağrısını aradan qaldırır?

13 Oktyabr 2024 10:20
Baxış: 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir çoxları inanır ki, sərxoşluqdan sonra yaranan süstlüklə (el arasında "pohmel") mübarizədə "Coca-Cola" kömək edə bilər, lakin bu, təhlükəli bir yanılmadır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Moskva vilayəti Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Vitali Xoldin xəbərdarlıq edib.

Onun sözlərinə görə, sərxoşluqdan sonra özünü pis hiss edərkən içkinin qəbulu, infarkt da daxil olmaqla, sağlamlıq üçün ciddi nəticələrə səbəb ola bilər.

Məsələ burasındadır ki, "Coca-Cola" ürəyin işini stimullaşdıran və arterial təzyiqi artıran kofein tərkiblidir.

"Sərxoşluqdan ayılmadan sonra yaranan süstlük, baş ağrısı zamanı bu, ürək-damar sisteminin işini poza və infarkta səbəb ola bilər", - deyə həkim vurğulayıb.

Bundan əlavə, mütəxəssis qeyd edib ki, sərxoşluqdan sonra qətiyyən zəif alkoqollu kokteyllər və enerji içkiləri qəbul etmək olmaz. Bu məhsullar da orqanizmə mənfi təsir göstərə və vəziyyəti ağırlaşdıra bilər.

Vitali Xoldin, həmçinin sosial şəbəkələrdə populyar olan "Coca-Cola", duzlu xiyar suyu, turşuya qoyulmuş xiyar və xalapenyo bibəri əsasında hazırlanan "sərxoşluq kokteyli" barədə şərh verib. Onun sözlərinə görə, bu təhlükəli eksperimenti heç bir halda təkrarlamaq olmaz, çünki sərxoşluqla birlikdə acı bibər mədə xorasına səbəb ola bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.