Maraqlı

Yüzillik sirr açıldı: Alimlər ilk dəfə metalın necə su yaratdığını gördülər

3 Oktyabr 2024 07:34
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədqiqatçılar ilk dəfə nadir metalın su yaratdığını görə biliblər və hətta bunu videoya çəkiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.

Bildirilib ki, proses palladium metalının suyun yaranması üçün katalizator kimi necə işləyə biləcəyini öyrənərkən məlum olub. Alimlər hidrogen və oksigen atomlarının birləşərək nanomiqyasda kiçik su qabarcıqları əmələ gətirməsi prosesini müşahidə ediblər.

Beləliklə, elm adamları palladium vasitəsilə suyun necə əmələ gəldiyini öyrəniblər və hətta bu prosesi sürətləndirə biliblər.

Onların sözlərinə görə, bu kəşf təkcə Yerdə deyil, həm də kosmosda su istehsalı üçün uzunmüddətli nəticələrə malikdir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.