Maraqlı

İspaniyada maraqlı xidmət: 600 dollara toya dava salıb, gəlini qaçırdır

15 Sentyabr 2024 20:23
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyada yerli sahibkar qeyri-adi bir xidmətə - pul müqabilində toyları pozma işinə başlayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Koroçe" "Telegram" kanalı xəbər verib.

Belə ki, toy ərəfəsində qərarında şübhə edən cütlüklərə arzuolunmaz nikahdan qaçmağın effektiv bir yolunu təklif edir. 550 dollar (təxminən 935 manat) müqabilində o, mərasimə daxil olmağa, gəlinin və ya bəyin sevgilisi kimi özünü göstərməyə, sonra onunla birlikdə "qaçmağa" hazırdır.

Bildirilib ki, kişi daha inandırıcı olmaq üçün dava sala və ya "aldadılmış" tərəfdən yumruq yeyə bilər. Hər zərbə əlavə 50 dollardır (təxminən 85 manat).

Əxlaqi cəhətdən mübahisəli olmasına baxmayaraq, xidmətə tələb böyükdür - "toya dava salanın" qrafiki artıq noyabrın 2-nə kimi doludur.

"Bir çox insan toy ərəfəsində şübhə edir, amma "yox" deməyi bacarmır. Mən onlara uzun izahatlar vermədən arzuolunmaz nikahdan qaçmaq imkanı verirəm", - deyə biznesmen bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.