Maraqlı

Xirosimanın bombalanması zamanı əriyən saat bu qiymətə satıldı

25 Fevral 2024 16:15
Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1945-ci il avqustun 6-da Xirosimanın bombalanması zamanı əriyən saat hərracda 31 min dollara satılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Bostonda yerləşən "RR Auction" şirkətinin məlumatına görə, saat əqrəbləri Yaponiya şəhəri üzərində atom bombasının partladığı anda - səhər saat 08:15-də dayanıb.

Hərrac evinin məlumatına görə, partlayışdan sağ çıxan nadir tapıntı olan kiçik mis saat digər tarixi əhəmiyyətli əşyalarla birlikdə hərraca çıxarılıb.

Hərrac evi bildirib ki, qol saatı şəhərin xarabalıqları arasından Britaniya əsgəri tərəfindən tapılıb.

Saatın yeni sahibi anonim qalmağa üstünlük verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.