Maraqlı

Qız sevgilisindən tualet kağızına görə ayrıldı - FOTO

24 Dekabr 2023 23:40
Baxış: 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da qadın sevgilisindən inciyib və tualet kağızına görə onu tərk edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kaliforniya ştatının Los-Anceles şəhərindən olan Cess Yakobsen evində partnyoru ilə mübahisə edib.

Qız özünü rahatlaşdırmaq üçün tualetə getdiyini bildirib. Sonra o, tualet kağızı qalmadığını görüb və sevgilisinə qışqırıb ki, ona rulon gətirsin. Buna cavab olaraq qız kobud rədd cavabı alıb. 

Qız oğlana təkbaşına tualet kağızı ala bilməyəcəyini deyib və bir neçə dəfə ondan rulon gətirməsini istəyib. Bununla belə, kişi inadında qalıb.

Yakobsen qonşularının onun yardım xahişini eşidəcəklərinə ümid edərək ucadan qışqırmağa başlayıb. Yalnız bundan sonra qəzəbli sevgilisi tualet kağızını götürüb, tualetin qapısını açıb və əsəbi halda onu qızın başına atıb.

Münaqişədən sonra Yakobsen sevgilisini tərk etmək qərarına gəlib. O, "TikTok"da baş verənlərdən danışıb və onun videosu 11,5 milyondan çox baxış alıb. Bir çox istifadəçi qızın kişi ilə münasibətini kəsmək qərarını dəstəkləyib və onu zorakılıqçı adlandırıb.

"O, sənə açıq şəkildə izah etdi ki, sən həssas, xəstə və ya onu narahat edən bir şey olduqda, o, sənin yanında olmayacaq... Qaç!" - bir şərhçi yazır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.