Maraqlı

Qaldıqca daha da dadlı olan pendirə mükafat verdilər - FOTO

22 Noyabr 2023 06:30
Baxış: 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçdə təşkil edilən Dünya Pendir Festivalına ilk dəfə olaraq türkiyəli iştirakçı da qatılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, ölkəsini Balıkesir bölgəsinin məşhur "Kirli Xanım Pendir"i ilə təmsil edib.

Nəticədə münsiflər Türkiyədə hazırlanan bu pendiri bürünc mükafata layiq görüblər.

Türkiyəni festivalda təmsil edən Mehmet Özgü pendirin xüsusiyyətlərindən danışıb.  

O qeyd edib ki, pendirin bu çeşidini sərin yerdə saxlamağa gərək yoxdur və uzun illər qaldıqca nəinki keyfiyyətini itirmir, əksinə daha da dadlı olur.

"Məhsulun tərkibindəki su və nəmi tam çıxardığından pendirin xarab olma ehtimalı qalmır", - deyə o əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.