Maraqlı

Dünyanın ən çirkli havası olan şəhəri - Ömrü orta hesabla 5,3 il qısaldır

23 Oktyabr 2023 20:44
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın paytaxtı Yeni Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" ekoloqlara və İsveçrənin "IQ Air" şirkətinin məlumatlarına istinadən yazıb.

Bildirilib ki, səlahiyyətlilərin bunla bağlı tədbirləri nəticə vermir.

Belə ki, Yeni Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda 177-yə çatıb. "IQ Air"in məlumatına görə, Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir.

Çikaqo Universitetinin araşdırması göstərib ki, çirkli hava ilə nəfəs almaq hindlinin ömrünü orta hesabla 5,3 il qısaldır.

Qeyd edilir ki, havanın çirklənməsinin bu səviyyəsinə şəhərətrafı ərazilərdə kənd təsərrüfatı tullantılarının aktiv şəkildə yandırılması, həmçinin nəqliyyat vasitələri və kömürlə işləyən elektrik stansiyalarının zərərli tullantıları səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.