Maraqlı

Qəzadan sonra təmir olunan maşının ƏLAMƏTLƏRİ

1 Oktyabr 2023 16:33
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təkrar bazarda avtomobil almağın risklərindən biri əvvəllər avtomobilin ciddi qəzaya düşməsidir.

Milli.Az lent.az-a istinadən bildirir ki, ağır qəzaya düşən avtomobilin fəsadları təmirdən sonra gizlənə bilər. Bu sözləri ekspert Aleksey Revin deyib:

"Qəzaya düşən avtomobilin boya çalarlarında fərq ola bilər. Boyaları uyğunlaşdırmaq üçün adətən yanacaq çəninin qapısını çıxarırlar. Ona görə də orada heç bir sökülmə əlaməti olmamalıdır.

Avtomobilin qəzaya uğraması faktını qapı deliklərində, kapotda və baqajda qeyri-bərabər boşluqlar, həmçinin müxtəlif dərəcədə köhnəlmiş fənərlər göstərə bilər. Nəhayət, avtomobil işə düşdükdən sonra hava yastığının göstəricisi yanmalı və dərhal sönməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.