Maraqlı

Qalxın, bəbir gəlir! - Vəhşi heyvan məhkəməyə hücum etdi

10 Fevral 2023 21:05
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Uttar Pradeş ştatının Qaziabad rayonunda məhkəmə bnasına bəbir daxil olub. İclas zamanı məhkəmə binasına soxulan vəhşi bir neçə nəfəri yaralayıb. İclas yarımçıq qalıb.

Milli.Az xəbər verir ki, bu barədə "India.com" xəbər verir.

Qəzəblənən bəbir məhkəmə binasına daxil olub və iclasın keçirildiyi birinci mərtəbədəki qonaqlarla dolu zala daxil olub. Yırtıcı bir neçə nəfərə hücum edəndə otaq təşvişə düşməyə başlayıb. İclasın ən azı üç iştirakçısı xəsarət alıb.

Polis və məhkəmə nümayəndələri qəzəbli heyvanı saxlayaraq qəfəsə salıblar.

Bəbir hücumunun qurbanları xəstəxanaya aparılıb. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.