Ananasın faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ananas sərt, sivri yarpaqları və iri meyvəsi olan yer bitkisidir. Bu bitkinin yarpaqları dar və uzun olub 80 santimetrə qədər böyüyə bilir. Onun yarpaqları sərt təbəqə ilə öprtülü olur. Bu təbəqənin epiderma qatı yağış yağan zaman suyu özündə toplayıb saxlaya bilmək qabiliyyətinə malikdir. Yarpaqlarının içərisində hava kanalları olur və bu kanallar xlorofil hüceyrələrdən ibarət olur.
Meyvə yetişməyə başladıqqda əvvəlcə onun yarpaqları böyüyür, sonra 60 sm uzunluğunda çiçək formalaşır. Bitkinin çiçəklənməsi 15-20 gün çəkir və sonra meyvə formalaşmağa başlayır. Meyvə bərk və qızılı-sarı rəngli təbəqə ilə örtülmüş olur. Meyvə böyüdükcə onun başındakı yarpaqlar da toppuz kimi qalır. Ananasın toxum əmələ gətirməyən yüksək keyfiyyətli növləri vardır.
Ananas az kalorili və az yağlılığı olan meyvələrdəndir. Onun 100 qramında 52 kalori var. Onun konservləşmiş şirəsində bu rəqəm 60 kalori, təzə çəkilmiş şirəsində isə 48 kalori olur. Buna görə də ondan istənilən adam - hətta artıq çəkidən əziyyət çəkənlər də istifadə edə bilər.
Ananasın Tərkibi
- Zülallar - 0,3 qram
- Yağlar - 0,1 qram
- Karbohidratlar - 11,5 qram
- Su - 85,5 qram
- Kaloriliyi - 52 kKal.
Ananasın tərkibi çoxlu miqdarda qida lifləri, təbii turşular, kalium, kalsium, fosfor, dəmir, sink, maqnium, marqanes və yodla zəngindir. Bundan başqa ananas B1, B2, B12, PP və A vitaminləri ilə zəngindir. Bütün bunlar ananasın tərkibini insan orqanizmi üçün əvəzolunmaz edir. Ananasın tərkibində olan bioloji aktiv maddələr onun tərkibinin unikal olduğunun göstəricisidir. Ananas həzm sisteminin fəaliyyətini sürətləndirir, mədə şirəsinin tərkibindəki fermentləri aktivləşdirir. Buna görə də mütəxəssislər insanlara hər gün ananas şirəsi içməyi və ya bir dilim təzə anans yeməyi məsləhət bilir.
Ananasın Xeyri
Ananas arterial təzyiqi aşağı salır, qanı təmizləyir, ürək-damar xəstəliklərinin əmələgəlmə riskinin qarşısını alır. Ananasın tərkibində bromelin fermenti var. Bu ferment orqanizmin cavanlaşmasına və artıq piylərdən azad olmasına səbəb olur. Bromelin arıqlamaq üçün müasir tibbdə istifadə olunan aktiv qida əlavələrindən biridir. Artıq çəkidən azad olmaq istəyənlər üçün ananas ən yaxşı qida vasitəsidir. Onun tərkibində olan serotonin hormonu aclıq hissinin aradan qalxmasına səbəb olur. Orqanizmin çəkisinin azalması və artıq şlaklardan xilas olmaq üçün bəzi dietoloqlar pasiyentlərinə həftədə bir dəfə "anans günü" təyin etməyi məsləhət bilir. Bu zaman pasiyent həftədə bir dəfə, gün ərzində hər dəfə acdığında ananas şirəsi qəbul edir.
Ananasdan həm yeməklərdə, həm salatlarda, həm də şirniyyatlarda geniş istifadə olunur. Ananas orqanizmdə aşağıdakılara səbəb ola bilir:
- Həzm sistemini yaxşılaşdırır.
- Arterial təzyiqi aşağı salır.
- Qanı təmizləyir.
- Arıqlamağa yardım edir.
- Orqanizmi cavanlaşdırır.
- Qanda serotoninin miqdarını artırır.
- Orqanizmdən artıq mayenin çıxmasına səbəb olur.
Ananasın Ziyanı
Qastritdən əziyyət çəkənlərə və mədə turşuluğu çox olan adamlara ananasdan çox istifadə eləmək olmaz. Bu əlamətlərin artmasına və xəstənin narahatlığına səbəb ola bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Beşiktaş"da ciddi itki
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
XƏBƏR LENTİ
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı





