Maraqlı

Sərnişinə "mən sənin qulun deyiləm!" qışqıran stüardessa "viral oldu" - VİDEO

23 Dekabr 2022 19:38
Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın "IndiGo" aviaşirkətinin stüardessası sərnişini ekipaj üzvləri ilə qeyri-adekvat ünsiyyətdə ittiham edərək, onunla mübahisə edib.

Milli.Az bildirir ki, bu barədə Daily Mail yazır.

Hadisə İstanbul-Dehli reysi zamanı təyyarənin göyərtəsində baş verib. Sərnişinlərdən biri stüardessalardan ona sendviç vermələrini tələb edib və ona əlavə qəlyanaltıların olmadığı bildirildikdən sonra kişi ekipaj üzvlərinə qışqırmağa başlayıb. O, hətta stüardessalardan birini ağladıb.

Başqa bir stüardessa kişiyə vəziyyəti izah etmək istəyəndə, sərnişin kobud şəkildə onun sözünü kəsərək susmasını tələb edib. Daha sonra qız özündən çıxıb və sərnişinin vicdanına səslənib. "Özün sus! Mən sənin qulun deyiləm! Mənimlə belə danışmağa haqqın yoxdur. Mən sizi sakitcə dinləyirəm, amma nə mənə, nə də həmkarlarıma hörmət etmirsiniz", - stüardessa sərnişinə qışqırıb. Videoya çəkilən dialoqun internetdə tez bir zamanda populyarlıq qazandığı və "IndiGo" əməkdaşının ulduza çevrildiyi qeyd olunub.

"O, komanda yoldaşlarını müdafiə etdi və yalnız tərifə layiqdir!", "O, tamamilə haqlıdır, onun xidmətçisi deyil. Uçuş bələdçiləri, afərin!", - istifadəçilər stüardessanı tərifləyiblər. Bununla belə, digər şərhçilər hesab ediblər ki, stüardessa öz emosiyalarını cilovlamalı və sərnişinə qışqırmamalı idi.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.