Bal ayı burnundan gəldi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Britaniyanın Hempşir əyalətinin Liminqt şəhərinin sakini Mavrikiy adasında bal ayı zamanı dünyanın ən zəhərli balıqlarından birinə toxunub.
Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.
27 yaşlı Emi Tomson və 37 yaşlı Kallüm Tomson toylarından sonra iki həftəlik Mavrikiy adasına səyahətə çıxıblar. Yeni evlənənlər adada olarkən maska və üzgəclərlə suya dalmağa gediblər və ən maraqlı dalğıc yerlərinə sürətli qayıq turu alıblar.
"Səfərin sonunda təşkilatçılar çimərlikdə ət bişirdilər. İsti idi və üzməyə getmək istəyirdim. Təşkilatçılardan biri dedi ki, bu yerdə üzmək üçün mənə ayaqqabı lazım deyil", - deyə Emi bildirib. Və o, ayaqyalın üzməyə gedib.
Emi suya girəndən dərhal sonra nəyinsə üstünə basdığını hiss edib. Əvvəlcə onun mərcan olduğunu düşünüb. Bundan sonra ayağı mavi-ağ rəng alıb və ölçüsü ikiqat artıb. Məlum olub ki, onu dünyanın ən zəhərli balıqlarından biri sancıb.
Britaniyalı qadın otelə qayıtdıqdan sonra həkimə müraciət edib və həkim ona xəstəxanaya getməyi tövsiyə edib. Xəstəxanada müalicə cütlüyə 1,8 min funt-sterlinqə başa gəlib. Emiyə morfin iynəsi vurulub. Növbəti gecəni qadın xəstəxanada keçirib və ona antidot verilin. Həkimlər xəstənin ayağını kəsib zəhəri sıxaraq çıxarmalı olublar.
Bal ayının qalan hissəsində Tomson paltar geyinib və hovuz kənarında uzanıb. Cütlük Böyük Britaniyaya qayıtmazdan əvvəl istirahətlərinin qalan hissəsini Mavrikiydə keçirib. Zaman keçdikcə ağrılar güclənib və hadisədən iki ay sonra Eminin səhhəti tam bərpa olunmayıb.
İrfan Vəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Harri Keyn nadir rekordu təkrarladı
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Sonaxanım polisə müraciət etdi
XƏBƏR LENTİ
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)





