Bərəkət qapısını açan 10 açar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allahın bəndələrinə nemət və bərəkəti sonsuzdur. Ancaq bəzi amillər vardır ki, insan həyatındakı bərəkəti daha da çoxaldar. Bu amillər ilə tanış olaq:
1. Birlikdə olmaq. İnsan ictimai varlıq olduğu üçün, tək yaşamamalıdır. Ailə həyatı insana əminlik hissi verər və bu böyük varlıq aləmində tək olmadığını və onun qayğısını çəkən insanların olduğunu dərk etdirər.
2. Böyüklərə hörmət etmək. Böyüklərə ehtiram göstərməyin sirri, onların təcrübələrinə söykənir. Onlar uzun illər boyu çoxlu təcrübə əldə etmiş və onları qısa zamanda gənc nəslə ötürmək qabiliyyətinə malikdirlər. Onların bu təcrübəsindən bəhrələnmək o zaman mümkündür ki, onlarla rabitə qurasan.
3. Asan evlilik. Mehriyyənin az olması da başqa bir bərəkətdir. Bu, ailə həyatına bərəkət gətirər.
4. Sileyi-rəhm. Sileyi-rəhm etmək - dinimizin tövsiyələrdəndir. Hər kim qohumları ilə rabitə qurar və onların evinə get-gəl edər - tək olmaqdan xaric olar. Özünü cəm içində görər. Qohumlar insanların qolları və qanadlarıdır. İnsanın qəmində və şadlığında onunla şərik olarlar. Ona görə də sileyi-rəhm - insan həyatının bərəkətini artıran amillərdəndir.
5. Səfərə çıxmaq. İnsanın başqa diyarlara səfər etməsi - dünyagörüşünün genişlənməsinə və təcrübələrinin artmasına səbəb olar ki, bu da öz növbəsində insan həyatına bərəkət gətirər.
6. Səhər tez durmaq. Hər kim səhər tezdən durar - onun ömür sərmayəsi bərəkətli olar. Çünki səy və çalışması üçün vaxtı çox olar. Səhər tez duranların duaları da qəbul olar. Bu dualar onun ruzisini bərəkətli edər.
7. İman və təqva. İman və təqva - bərəkətin nazil olmasının əsas amillərindəndir. "Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq". ("Əraf" 96).
8. İstiğfar. İstiğfar - Allahdan bağışlanma istəməkdir. İstiğfar, həm də işlərin düyününü açan açardır. Həzrət Peyğəmbər (s) məsum olmasına baxmayaraq, hər gün ən azı 70 dəfə istiğfar edərdi.
9. Şükür. Şükür etmək - neməti artıran amillərdəndir. Hər kim Allahın ona verdiyi nemətləri görüb, dərk edib, ona görə şükür edərsə, Allah onun nemətlərini artırar və bərəkət verər.
10. İnfaq. Bərəkət qapılarını açan amillərdən biri də infaqdır. Yəni, ehtiyacı olanların əlindən tutmaq və onlara yardım etməkdir. İstər maddi yardım olsun, istərsə də mənəvi və ya elmi yardım. Bunların hamısı insan həyatına bərəkət gətirən amillərdir. Hədislərdə oxuyuruq: "İnfaq mala bərəkət gətirər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb





