Maraqlı

İki başı və altı ayağı olan unikal körpə tısbağa yumurtadan çıxdı

12 Avqust 2022 04:02
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiyanın Putten şəhərində iki başlı, dörd ön ayağı olan tısbağa balası yumurtadan çıxıb.

Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Ruben van Şoor adlı yetişdiricinin 10 gün əvvəl iki başı və altı ayağı olan tısbağa körpəsi dünyaya gəlib. Unikal tısbağaya Portuqal dilindən tərcümədə "Uğur" mənasını verən Sorte ləqəbi verilib. Kompüter tomoqrafiyası onun yalnız bir daxili orqanına malik olduğunu üzə çıxarıb.

Baytar Sandra Vink bildirib ki, bu, Hollandiyada ilk belə haldır. "Bu, çox nadir hallarda olur, xüsusən də bu tısbağa növündə. Sahibinin bildiyinə görə, bu, dünyada ilk belə haldır. Biz mediada oxşar hadisələrə istinadlar tapdıq. Bir qayda olaraq, belə tısbağalar çox yaşamır. Çox vaxt heyvanların tam dəsti dublikat orqanları və iki ürəyi var, buna görə də onlar xəstəliklərə çox həssasdırlar", - o deyib.

Vink deyib ki, Hollandiyada doğulmuş tısbağanın sağ qalma ehtimalı daha yüksəkdir, çünki onun yalnız bir ürəyi və bir mədə-bağırsaq sistemi var. "Bu o deməkdir ki, əslində o, iki başlı bir heyvandır. Əgər onlar siam əkizləri olsaydılar, xəstələnmək şansları daha yüksək olardı və yarısının ölməsi halında ikincisi də öləcəkdi", - deyə ekspert izah edib. O, Sortenin çox aktiv olduğunu və yaxşı qidalandığını qeyd edib.

Bu növ tısbağalar nadir növ hesab olunur. Onlar 70 ilə qədər yaşayır və 100 kiloqrama qədər çəkiyə malikdirlər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.