Dünyada Siratını tanıyan, axirət Siratından rahat keçəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir müsəlman istəyir ki, aqibətinin necə olması ilə xəbərdar olsun və bilsin ki, Qiyamət günü Sirat körpüsündən keçə biləcəkdir, yoxsa yox?
Quran buyurur: "Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür". ("Məryəm" 71).
Bu ayədən də göründüyü kimi, elə bir insan yoxdur ki, Qiyamət günü cəhənnəmə daxil olmasın, hətta İlahi peyğəmbərlər (ə) belə bu məsələdən istisna deyildirlər. Bəs cəhənnəmə daxil olmaq dedikdə, nə nəzərdə tutulur?
Bəzilərinin nəzərinə görə, daxil olmaq müşərrəf olmaq mənasındadır.
Necə ki, Musa (ə) Mədyən suyuna müşərrəf olmuşdu. "(Musa) Mədyən şəhərinin suyuna yetişdikdə, bir dəstə adamın (öz qoyunlarına) su verdiyini gördü". ("Qəsəs" 23).
Bəzilərinin nəzərinə görə isə, daxil olmaq mənasındadır. Necə ki, bu ayə buyurur: "O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir". ("Hud" 98).
Əllamə Təbatəbainin nəzərinə görə cəhənnəmə daxil olmaq deyildikdə, daxil olmaq nəzərdə tutulur. Ancaq təqva əhlinin cəhənnəm atəşindən nicat tapması onu gərəkdirir ki, cəhənnəmə daxil olsunlar.
Çünki nicat ancaq bu zaman məna kəsb edər. Bu ayənin mənası budur ki, sizlərdən eləsi yoxdur ki - istər zalım olsun, istərsə də təvqalı, məgər o halda ki, tezliklə atəşin ağzında qərar tutacaqdır.
İmam Sadiq (ə) buyurur: "Dünyadakı sirat ibarətdir o İmamdan ki, itaət olması xəlqə vacibdir. Ancaq axirətdə Sirat - cəhənnəm üzərində vurulmuş körpüdür ki, hər kim dünyada dünya siratından düzgün keçərsə, yəni İmamını tanıyarsa və ona itaət edərsə, axirətdə də axirət körpüsündən asanlıqla keçər. Hər kim dünyada İmamını tanımaz, axirətdə də addımları axirət körpüsündə titrəyər və cəhənnəmə süqut edər".
Ona görə də deyə bilərik ki, cəhənnəmə daxil olmaq deyildikdə, atəşə daxil olmaq nəzərdə tutulmur, bəlkə atəşin olduğu yerə daxil olmaq nəzərdə tutulur.
Necə ki, Musa (ə) dənizə daxil olmuşdu, Fironun dənizə daxil olması ilə onun daxil olması fərqli idi. Dəniz - su evidir, nəinki sudur. Cəhənnəm də atəş evidir, nəinki atəşdir.
Ona görə də hər bir mömin behiştə daxil olmazdan əvvəl cəhənnəmə daxil olacaqdır ki, təvqa əhli bu atəşi görüb, hallarına şükür edəcəklər. Onların cəhənnəmə daxil olması əzab görmələri mənasını vermir. Onlar şükür edərək, rəhmət qazanacaqlar.
Necə ki, İbrahim (ə) də atəşə daxil olmuşdu, ancaq bu atəş onun üçün gül-çiçəkli bağ olmuşdu. Ona görə də mömin üçün atəşin olduğu yerə daxil olmaq əzab görmək mənasında deyildir.
Hər kim Qiyamət günü Siratdan necə keçəyini və aqibətinin necə olacağını bilmək istəyirsə, gərək dünya siratından keçməyi bacarsın.
Ancaq o zaman axirətdəki Siratdan asanlıqla keçəcəyinə yəqinliyi ola bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





