Maraqlı

Kişi tapmaq arzusunda olan qadına Tinder-də 250 min "atdılar"

23 İyun 2022 20:45
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ər tapmaq arzusunda olan zəngin rus qadını Tinder-də fırıldaqçılar aldadaraq, onu görüş üçün 250 min rubl (təxminən 4 700 dollar) ödəməyə məcbur ediblər.

Milli.Az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Məlum olub ki, adı hallandırılmayan 35 yaşlı üç uşaq anası olan iş qadını ona sevgili tapacağını vəd edən "Lotos" elit evlilik agentliyinin əməkdaşı ilə tanışlıq proqramında rastlaşıb. Ancaq işə başlamazdan əvvəl Moskvadan olan dələduz ona deyib ki, müştəri hansı növ seçilmişin ona uyğun olduğunu başa düşmək üçün psixoloqla seans üçün 50 min rubl (təxminən 940 dollar) ödəməlidir.

Sonra menecer qadına yaşına və statusuna uyğun gəlməyən variantları təklif etməyə başladı. Bu səbəbdən rus qadın agentliyin xanım müdirinə şikayət etmək qərarına gəlib və sonuncu öz növbəsində onu həyat yoldaşı tapmaq zəmanəti ilə 200 min rubl dəyərində VİP müqavilə imzalamağa razı salıb.

Müqavilə bağlandıqdan sonra iş qadını ilə görüşə gələn kişinin onda xoş təəssürat yaratdığı qeyd edilir. Lakin sonradan o, kişinin agentliyin xanım müdirinin əri olduğunu bilib və dələduzluq yolu ilə aldığı pulun qaytarılmasını tələb edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.