İlahi övliyaların namazları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlahi övliyalarının və məsumların necə namaz qılması onların ardıcılları üçün ilhamverici dərs və nümunədir. Buradaca məsumların namazlarından bəzi nümunələrə işarə edək:
Azan sədası Allah Rəsulu (s) üçün o qədər sevimli və cazibəli idi ki, azan zamanı Bilala buyururdu: "Ey Bilal, bizi qüssə-kədərdən xilas et."
O həzrət (s) buyurur: "Hər kəs azan sədasını eşidib etina göstərməzsə, zülm etmişdir." ("Nəhcül-fəsahə", 132-ci kəlam.)
Allah Rəsulu (s) namaz vaxtı çatarkən, elə bil, heç kimi tanımırdı və xüsusi mənəvi halda olurdu. ("Biharul-ənvar", 84-cü cild, səh.258.)
O həzrət buyururdu: "Ac yeməkdən və susuz sudan doyur, mən isə namazdan doymuram." ("Mustədrəkul-vəsail", 1-ci cild, səh.174.)
Namaz zamanı İmam Əlinin (ə) rəngi qaçır, bədəni əsir və deyirdi: "Namaz vaxtı çatmışdır: Allahın göylərə, yerə və dağlara verdiyi, lakin onların qorxub qəbul etmədiyi əmanətin vaxtı!" ("Təfsiri-Safi", 2-ci cild, səh.370.)
İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.
Şair demişkən:
Səma götürmədi bu əmanəti,
İnsana yazdılar bu ləyaqəti.
İmam Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: "İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram." İbn Abbas dedi: "İndi?" Həzrət (ə) buyurdu: "Bəli!" ("Səfinətul-bihar", 2-ci cild, səh.44.)
İmam Səccad (ə) namazın səcdəsində bədəni tamamilə tər içində olurdu. İmam Baqir (ə) buyurur: "Atam imam Səccad (ə) gecə və gündüz ərzində min rükət namaz qılırdı." ("Vəsailuş-şiə", 1-ci cild, səh.68.)
Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəçilik üçün daha da həvəslənirlər.
Nəql olunur ki, mərhum Əllamə Əmini ("Əl-qədir" kitabının müəllifi) Ramazan ayı İmam Rzanın (ə) pak hərəmində hər gecə 1000 rükət namaz qılırdı... (Nəql edən: Ayətullah Mirvarid; Məşhəd)
İlahi övliyaların məktəbində eşq və məhəbbət dərsi öyrənənin yolu budur. Azad bəndələr və ilahi övliyalar namaz zamanı eşqlə namaza durar, ətirlənər, ən yaxşı paltarlarını geyinərlər. Onların rəngləri dəyişər və namazın pişvazına çıxarlar. Onlar Allahın inayətinə çatmamaqdan və ya namaz zamanı təvazökarlıq və qəlb iştirakından uzaq olmaqdan qorxarlar. ("Namazın sirləri", Ustad Möhsün Qəraəti, səh.58-59.)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
-
Bu gün imtahan var
-
Elza Seyidcahan ailəsi ilə gəzintidə (Foto)
-
3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu
-
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
-
Ev tikmək adı ilə 29 minini mənimsədi
-
Tramp: Hörmüzdə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
-
"Yayıblar ki, şeirə 2 min manat istəyib"
-
Günün qoroskopu: İş və şəxsi həyat balansını qoruyun
-
Yasamalda vətəndaşlar susuz qaldı
-
Qurban Qurbanov təsdiqlədi - "Onlar bizə çox gec qoşulublar"
-
Fotoşəkillərdə niyə "çirkin" çıxdığınızın elmi səbəbi bəlli oldu
-
DÇ-26: Niderland İsveçi darmadağın etdi
-
Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə
-
Badamlı ərik mürəbbəsi resepti
-
Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu
-
Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində (Video)
-
Konfrans Liqasından imtina etmək istəyirdik - Rəşad Sadıqov
-
Qazaxa dolu yağdı (Video)
-
Türkiyədə sərnişin avtobusu aşıb - ölən və yaralananlar var
-
Sumqayıt tələbə adını qazanmaqda rekord nəticə göstərdi
-
Rusiya Zaporojyeyə hücum etdi - ölən və yaralananlar var
-
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
-
Qarpız seçərkən diqqət edilməli olanlar: Qarpıza vurmaq köhnə üsuldur





