Quranın üzərimizdə olan haqları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quran ayələrindən və hədislərdən belə bir nətəcəyə gəlmək olur ki, Quranın bütün müsəlmanların üzərində 3 haqqı vardır:
1. Quranı oxumaq.
2. Quranı dərk etmək.
3. Qurana əməl etmək.
Bu 3 vəzifəyə Quran ayələrində də rast gəlmək olur: "Ona (Qurana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir". ("Bəqərə" 121).
Rağib İsfahani "Mufrədat" kitabında yazır: "Quranı tilavət edən insan dörd bəhrə əldə edər:
1. Zillətsiz izzət.
2. Yoxsulluq olmayan zənginlik.
3. Cəhalət olmayan elm.
4. Ölüm olmayan həyat".
Əgər bütün müsəlmanlar Quranın yuxarıda sadalanan üç vəzifəsinə əməl edə bilsələr, hər bir zahiri və batini şər onların həyatlarından əl çəkər, xeyir və bərəkət qapıları üzlərinə açılar.
Əmirəl-möminin (ə) buyurur: "Sizə lazımdır ki, Allahın kitabını öyrənəsiniz ki, o, ən yaxşı söz və aydın moizədir. Bütün ayələri barəsində düşünün ki, Quran - qəlblərin baharı, bütün mənəvi və gizli istedadları çiçəkləndirəndir. Nurunda şəfa axtarın ki, sinə dərdlərinin şəfasıdır. Onu yaxşı tlavət edin ki, ən yaxşı əhvalatlardan ibarətdir".
Bu hər bir Əhli-Beyt (ə) davamçısı üçün aydındır ki, Quran bütün dərdlərin dərmanıdır və Əhli-beytin (ə) yardımı ilə onu təfsir edib, mənalandırmaq olar.
Həzrət Peyğəmbər (s) ömrünün son günlərində "Səqəleyn" hədisini deyərək, öz iki yadigarını müsəlmanlara tanıtmışdı ki, onlardan biri Allahın Kitabı və biri də Əhli-Beyti (ə) idi. Peyğəmbərimiz (s) buyurmuşdu ki, əgər bu ikisinə pənah aparsanız, heç bir zaman zəlil olmazsınız və şeytanın (lən) tələlərinə düşməzsiniz.
İbni Abbas nəql edir: "Əmirəl-möminin (ə) mənə buyurmuşdu: "Əgər "Həmd" surəsinin mələkut mənasını sizə desəm və siz də mənim dediklərimi yazsanız, bu yazıları aparmaq üçün 70 dəvə lazımdır"".
Bəli, bu, Məsum İmamlardır (ə) ki, Quranın həqiqətindən agahdırlar və onun sirlərini bilirlər. Ona görə də Quranı onlardan öyrənmək lazımdır.
İslam maarifi bizə buyurur ki, Quranın hər bir ayəsinin 4900 mənası vardır. Əgər bütün ins və cinlər bu dənizin gövhərlərini dərk etməyə hümmət etsələr, onların ömürləri çatmaz.
Çox təəssüf ki, bu dənizin gövhəri hələ də kəşf olunmamış qalmaqdadır. Həzrət Peyğəmbər (s) onun haqqında buyurur: "Zahiri cilvəli və gözəldir, batini dərindir. Ulduzları vardır, ulduzlarının da ulduzları vardır. Möcüzələri sayıla bilməz, qəribəlikləri köhnəlməz".
İmam Rza (ə) buyurur: "Allah Quranı xüsusi zaman və xüsusi cəmiyyət üçün qərar verməmişdir. Ona görə də hər bir zamanda təzə və hər bir cəmiyyət üçün təravətlidir".
Allah Təala bizləri Quranı dərk edənlərdən qərar versin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
XƏBƏR LENTİ
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı





