Dinə görə bu şəxslərin üzünə baxmaq ibadətdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İbadət kəlməsi bir dini termin olaraq lüğəti mənası qulluq, bəndəçilik, itaət mənasındadır. İstilah və işlənmə yeri isə dini mətnlərdir və yalnız Mütəal Allaha ibadət olunur.
Bütün səmavi dinlərin nazil olma hədəfi və tələbi məhz ibadətdir: Yəni insanları yeganə Allaha ibadətə dəvətdir, nəinki Allahı qəbul etmələridir. Çünki insan yaranandan onun qəlbində Allahı təsdiq hissi vardır. Hətta inkar əhli belə bəzən özləri də fərqinə varmadan bunu etiraf edirlər. Heç kim tam inkarçı deyildir. Sadəcə ağılı və nəfsi qarışmış, nə dediklərini bilməyənlərdir. Quran buyurur:
وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ
Əgər onlardan (müşrik, Allahdan dönənlər) özlərini kimin yaratdığını soruşsan, mütləq: Allah! - deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər? (Zuxruf-87)
Bəli bütün səmavi dinlərin yeganə hədəfi insanları Allaha ibadətə dəvətdir. Yəni yalnız Uca Allaha və Onun əmrlərinə tabe olmaq!
İbadət özünü bir neçə formada göstərir. İbadət təyin edilmiş müəyyən vaxtlı əməllər (namaz,oruc), düzgün ticarət, insanlarla ədalət və dini göstəriş əsasında davranış, halal-harama diqqət, mənəvi paklıq və bir çox pormalarda zahir olur. Qısa şəkildə desək Allah Təalanın əmr və göstərişlərinə tabe olmaq, bütün işlərində Mütəal Allahı düşünməkdir. Əməl yaxşı və gözəl olsa belə, əməl sahibi Allahı düşünmürsə ibadət hesab olunmur. İbadət Allaha bəndəçilik mənasındadır. Niyyətində, qəlbində Allahın olmasıdır. İbadətdə Allahın rizası, xeyr bərəkəti vardır.
Bir neçə şəxs vardır ki, Həzrət Peyğəmbər (s) onların üzünə baxmağı, ibadət, Allahın rizası, xeyir bərəkəti hesab etmişdir:
"Alimin üzünə baxmaq ibadətdir,
Ədalətli rəhbərin üzünə baxmaq ibadətdir,
Valideynlərin üzünə rəhmət və şəfqətlə baxmaq ibadətdir,
Allah yolunda sevdiyi qardaşının (mömin) üzünə baxmaq ibadətdir"
(Əmali Tusi 454)
Allah Rəsulunun (s) bu kəlamı insanlıq üçün böyük əhəmiyyətə malik olan 4 dəyəri özündə cəm edib, insanlara çatdırır. Bunlar elm, ailə, rəhbər, Allah yolunda qardaşlıq və vəhdətdir. Bunlar insanlığın həyat əhəmiyyətli məsələləridir. Bir cəmiyyət və toplumda bunlar olmasa, hətta biri olmasa belə, həmin cəmiyyət davamlı olmaz, məhvə və fəsada məhkum olar.
Həzrət Peyğəmbər (s) bütün bunları ibadət adlı məfhumda cəm edib ki, ibadət Allaha qulluq və itaətdir. Bu növ baxışlarda Allahın rizası, xeyir bərəkəti vardır. Həm dünya üçün, həm axirət üçün.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
XƏBƏR LENTİ
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)





