İbadət edənlərin 3 dəstəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəndəlik edən insanların ibadəti üç qismə bölünür
1. Qulların ibadəti. Bu qisimdən olan bəndələr cəza qorxusundan ibadət edirlər. Yəni, Allaha itaətin vacib olduğunu düşünürlər, lakin məqsədləri cəhənnəm əzabından qorunmaqdır. Məsələn, əgər bu insanlar heç bir cəza olmayacağına əmin olsaydılar, ibadət etməzdilər. Bu qisim insanların ibadətinə "qulların ibadəti" deyilir.
2. Tacirlərin ibadəti. Bu qisim insanların məqsədi yalnız mükafat əldə etməkdir. Sanki Allahla müamilə edir, ibadətlərinin müqabilində Cənnəti alırlar. Onların ibadəti "tacirlərin ibadəti" adlanır. Əlbəttə, bu iki qismin heç biri pis deyil. Cahil insanlarla müqayisədə bu qisimdən olan insanlar tərifəlayiqdir. Quran da uyğun yol və məqsədlərdən istifadə edir:
"Ağacları altından çaylar axan cənnətlər."17
"Sizə elə bir ticarət göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin?"18
"Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını satın almışdır."19
"Sizi Cəhənnəmə nə saldı? Belə cavab verəcəklər: "Biz namaz qılanlardan deyildik."20
"Pərvərdigara! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı daimidir."21
İnsanları ibadətə sövq etmək üçün onları müjdələyən və ya qorxudan bu kimi ayələr çoxdur.
3. Azad şəxslərin ibadəti. Bu qisimdən olan bəndələr yalnız Allaha təşəkkür etmək və Onu sevdikləri üçün ibadət edirlər. Fərz etsək ki, Cənnət və Cəhənnəm yoxdur, onlar yenə də ibadət edəcəklər. Belə insanların ibadətinə "azad şəxslərin ibadəti" deyilir. Əgər insan həqiqəti anlayarsa, nemət verənin qarşısında təvazökarlıq edər və mükafat ummaz. Əgər təşəkkür və qiymət vermək hissi güclü olarsa, Allahın həyat, varlıq, hidayət və sair nemətlərdə onun üzərində haqqı olduğunu anlayar. Bu isə insanın
Allah qarşısında ibadət etməsinə kifayətdir. Məhəbbət və ya təşəkkürü bildirməklə qılınan iki rükət namaz mükafat ümidi və ya əzab qorxusu səbəbindən qılınan min rükət namazdan üstündür.
17 "Bəqərə" surəsi, ayə 25.
18 "Səff" surəsi, ayə 10.
19 "Tövbə" surəsi, ayə 111
20 "Muddəssir" surəsi, ayə 42-43.
21 "Furqan" surəsi, ayə 65.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
XƏBƏR LENTİ
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?





