Üçüncü nəsil Toyota Sequoia modeli debüt edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Toyota Sequoia modeli amerikan ofrouderləri ilə rəqabət aparmaq üçün yaradılsa da, onlara qalib gələ bilmədi. İlk istehsal ilində Sequoia ABŞ-da ildə 60-80 min alıcı tapırdısa, Chevrolet Tahoe modeli 200 minlik tirajla satılırdı. Yapon ofrouderinə olan tələbat tədricən azalırdı və 2021-ci ildə 106 min Tahoe modelinə qarşı cəmi səkkiz min avtomobil satılmışdı. Lakin Toyota ofrouderinin istehsalını dayandırmadı və yeni Tundra pikapının ardınca üçüncü nəsil Sequoia modelini də təqdim etdi.
Milli.Az autograph.az-a istinadən bildirir ki, ofrouderin formatı dəyişməyib: Sequoia 5,2 metr (dəqiq ölçü açıqlanmayıb) uzunluğu və üç oturacaq cərgəsi olan ramalı ofrouderdir. Ofrouderin ön hissəsi Tundra pikapı ilıə eynidir, hərəkət və texnikası hissəsi isə həm Tundra, həm də Land Cruiser 300 modelləri ilə unifikasiya olunub.
Yeni rama əvvəlkindən daha sərtdir: bütün elementlər qutuvari kəsiyə malikdirlər, köndələn tirlər isə əvvəlkindən iki dəfə qalındılar. Yedəyə alınan qoşqunun çəkisi 22% artaraq 4080 kiloqram təşkil edib.
Qohum modellər kimi, Sequoia ofrouderi də V8 mühərrikindən məhrum olub. Ən maraqlısı odur ki, yeni ofrouder yalnız hibrid güc qurğusu ilə təklif edilir! Güc qurğusu Tundra pikapındakı ilə eynidir: 3,5-litrlik V6 biturbomühərriki və 10-pilləli "avtomatın" arasında elektrik mühərriki quraşdırılıb.
Sırf elektrik ötürməsi ilə hərəkət üçün daxili yanma mühərrikini ayıran friksion da nəzərdə tutulub. Beləliklə, i-Force Max hibrid güc qurğusunun ümumi hasilatı 443 at qüvvəsi və 790 Nm təşkil edir.
Dartma batareyası arxa hissədə yerrləşir. Onun tutumu açılanmasa da, Sequoia modelinin elektrik rejimində 29 km/saata qədər sürətlənəcəyi bildirilir. Qoşqunu yedəyə almaq üçün, benzin mühərrikinin daim işləyəcəyi ayrıca Tow/Haul rejimi nəzərdə tutulub.
Ənənəyə uyğun olaraq ofrouderi həm arxa, həm də tam ötürmə ilə sifariş etmək olar, lakin əvvəllər 4x4 transmissiyası daimi tam ötürməni və oxlararası Torsen differensialını nəzərdə tuturdusa, indi bu demultplikatoru olan və ön oxu sərt şəkildə birləşirən klassik Part-Time tam ötürməsidir.
Ofrouderin şassisi yenidən işlənib. Sükan mexanizmi elektrik gücləndiricisinə malikdir. Öndə belə avtomobillər üçün tipik olan ikiqollu asqı, arxada isə yaylı asqısı olan bütöv körpü quraşdırılıb. Əlavə ödənişlə adaptiv asqını və ya yüklənmədən asılı olmayaraq klirensi saxlayan arxa pnevmoasqını sifariş etmək olar.
Opsional TRD Sport dəstinin tərkibinə təkborulu Bilstein amortizatorları olan hündürlüyü azaldılmış asqını və yolsuzluq şinləri olan 20-düymlük təkər diskləri daxildir.
TRD Off-Road dəsti isə, Multi-Terrain Select sisteminin ofroud rejimlərini, Crawl Control kruiz-kontrolunu, arxa differensialın kilidlənməsini və 18-düymlük təkər disklərini özündə cəmləşdirir.
Nəhayət, ən qabaqcıl TRD Pro versiyası artırılmış klirensi, kənara çıxarılmış rezervuarları olan Fox amortizatorları, yolsuzluq şinləri, altlığın əlavə müdafiəsi, radiator barmaqlığındakı LED projektoru və damdakı baqajı ilə seçilir.
Sequoia modelinin baza versiyası 12,3-düymlük virtual cilazlar panelinə və multimedia sisteminin 8,0-düymlük ekranına malikdir. Əlavə ödənişlə 14-düymlük ekranı, 10-düymlük proyeksiya displeyini və arxa kameranın görüntülərini əks etdirən displeyi olan salon güzgüsünü sifariş etmək mümkündür.
Multimedia sistemi yenidir, səslə idarəetmə (aktivləşdirmək üçün Hey, Hi, Hello və OK Toyota kəlməsini söyləmək gərəkdir) və "hava üzərindən" yenilənmə funksiyalarına, habelə beşə yaxın qurğunu qoşmaq üçün Wi-Fi və 4G ötürücülərinə malikdir.
Salon səkkiz və yeddi yerli ola bilər: birinci halda ikinci cərgədə üçyerli divan, ikinci halda isə iki "kapitan" kreslosu quraşdırılır. Üçüncü cərgə baza versiyası istisna olmaqla bütün versiyalarda hər zaman üçyerlidir: bu cərgə uzununa (152 miilimetr diapazonunda) tənzimlənir və elektrik ötürməsi ilə qatlanır.
Lakin üçüncü cərgəni döşəmənin altına yığışdırmaq olmaz, çünki orada dartma batareyası və arxa körpü var. Buna görə də, transformasiya elementlərindən yalnız Adjustable Cargo Shelf sistemi nəzərdə tutulub: bu, baqaj bölməsinin döşəməsini rəvan etmək üçün üç səviyyədə quraşdırılan qatlanan baqaj rəfidir. Salon və baqajda 120 voltluq elektrik çıxışları quraşdırılıb.
Modifikasiya çeşidinin zirvəsində bir müddət bundan öncə Tundra pikapında peyda olmuş Capstone təchizat səviyyəsi qərarlaşıb. Sequoia Capstone yarıanilin dəri ilə üzlənmiş oturacaqlara, ağac şponundan işləmələrə, genişləndirilmiş xrom dekora, elektrik ötrüməli irəli çıxan pillələrə, 22-düymlük təkər disklərinə və ön qapılardakı ikiqatlı şüşələrə malikdir.
Safety Sense 2.5 elektron yardımçıları kompleksi standart təchizata daxildir və onun tərkibinə avtomatik əyləcləmə sistemi (piyada və velosipedçiləri aşkar edir) və zolaqda saxlama funksiayası, habelə adaptiv kruiz-kontrol daxildir.
Nəsil dəyişikliyi ilə birlikdə Sequoia modeli qeydiyyatını da dəyişəcəkdir. Xatırladaq ki, əvvəllər ofrouderlər İndiana ştatındakı TMMI zavodunda (Highlander və Sienna modelləri ilə birlikdə) buraxılırdısa, modelin yeni nəsli Texasdakı TMMTX müəssisəsində Tundra pikapı ilə birlikdə istehsal ediləcəkdir. Bu dəfə yapon istehsalçısı Land Cruiser modelinin amerikan çeşidindən çıxararaq daxili kannibalizmdən yaxasını qurtarıb, odur ki, Sequoia modeli Şimali Amerikadan kənarda satılmayacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
XƏBƏR LENTİ
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi





