Londonda heykəli ucaldılan ilk müsəlman - Casus şahzadə Nur İnayət Xan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərə 76 ildən sonra alman faşistlərinə qarşı ölkə üçün casusluq edən və öldürülməzdən əvvəl fransızca "Azadlıq" qışqıran müsəlman Şahzadə Nur İnayət Xanı "Qəhrəman" ordeni ilə mükafatlandırıb.
Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, "İngilis İrsi" adlı qurum məşhur şəxsiyyətlərə həsr olunmuş xatirə lövhələrindən birini də vaxtilə Şahzadə Nurun yaşadığı binadan asıb.
Nur İnayət Xan 1914-cü ildə Moskvada anadan olub. O, hind əsilli zadəgan ailəsinə mənsub idi, buna görə də ona şahzadə deyirdilər.

Atası Həzrət İnayət Xan Qərbdə sufizmi yayan ilk ruhani lider olub. Anası Pirani Əminə Bəgüm XVIII əsrdə Maysur Krallığının başçısı Tipu Sultanın qohumu idi.
Fransız dilində fransızlar qədər səlis danışan Nur həm də uşaq kitablarının müəllifi olub.
Sorbonnada uşaq psixologiyası, Paris Konservatoriyasında isə musiqi təhsili alıb. Bundan sonra uşaq jurnallarında, "Fransa" radiosunda qiraətçi işləyib və bu radio üçün uşaq hekayələri yazıb.

1940-cı ildə Adolf Hitlerin ordusu Parisi işğal edəndə ailəsi ilə birlikdə Londona qaçıb.

Faşizmə qarşı mübarizə aparmaq istəyirdi. İngiltərənin nasistlərə qarşı mübarizəsini dəstəkləmişdi, bu məqsədlə də 1940-cı ildə Qadın Ehtiyat Hərbi Hava Qüvvələrinə müraciət etmişdi.
Bununla kifayətlənməyən Nur Xan 1944-cü ildə casusluq təhsili alır və bu təhsili başa vurmasa da, fransız dilini yaxşı bildiyinə və bacarığına görə ona "Madlen" ləqəbi ilə almanların içərisinə sızmaq tapşırığı verilir.

Burada hərbi və rabitə operatoru təlimindən keçib. 1941-ci ildə bombardmançıların hazırlığı məktəbinə göndərildikdən sonra zabit köməkçisi vəzifəsinə yüksəlib.

Kitabları tanındıqdan sonra Britaniya ordusunun rabitə xidmətində işləməyə başlayıb. Bundan sonra İngiltərə Baş naziri Uinston Çörçill tərəfindən yaradılmış Xüsusi Əməliyyatlar İdarəsinə qoşulub və 1943-cü il iyunun 16-da nasistlərin arasına sızmaq üçün Fransaya göndərilib.
Adını Madlen olaraq dəyişdirib və gizli şəkildə Fransa Müqaviməti Hərəkatı ilə birlikdə işləyib.

O, nasist işğalı zamanı Fransaya gedən ilk qadın agent və rabitə operatoru olub.
Şahzadə eyni zamanda işğalçı faşist qüvvələri tərəfindən yayımlanan rabitə mesajlarını dinləyir və Londondakı mərkəzə ötürürdü.

Beş 5 ay sonra xəyanət tələsinə düşür və nasistlərin gizli polisi - Gestapo tərəfindən həbs edilir və dindirilir.
Başqa bir agent, fransız dostu Emil Henri Qarrinin bacısının xəyanətinə uğrayır və 1943-cü il oktyabrın 13-də almanların əlinə keçir.

Əsir düşərkən uzun müddət müqavimət göstərdiyi deyilir. Bütün işgəncələrə baxmayaraq, dindirmələr zamanı bir dəfə də heç kimi satmır. Alman hərbçiləri sorğu-sual zamanı qaçmaq cəhdlərinə və göndərildiyi həbsxanaya görə onu "son dərəcə təhlükəli" adlandırırlar.
On ay qaldığı həbsxanada işgəncələrə məruz qalan Şahzadə bir dəfə də ağzını açmır.
İşgəncələrdən bezən polis onu Almaniyanın cənubundakı Bavariya əyalətindəki Daxau həbs düşərgəsinə göndərir.

Aylarla davam edən aclıq, susuzluq və işgəncədən sonra başına güllə vurularaq edam olunur.
Onu edam edən əsgərlər gələndə Nur İnayət Xanın "Azadlıq" şüarı səsləndirdiyi tarixi qeydlərdə var.

Nur İnayət Xanın büstü Şahzadə Anna tərəfindən hazırlanıb. Bu, Londonda bir müsəlmana qoyulan ilk abidədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ən güclü intuisiyaya malik bürclər
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
XƏBƏR LENTİ
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi





