"Şamaxinka"da narkotik satan 3 nəfər saxlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun əsasən "Kubinka", "Şamaxinka" və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı"nın qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər tutulub.
Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Vüqar İsmayılov saxlanılıb.Onun üzərindən 11 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə psixotrop maddəni satan Nəsimi rayon sakini Aydın Allahverdiyev də tutularaq istintaqa cəlb edilib.Bu şəxsin üzərindən də psixotrop maddə olan metamfetamin aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Bəhruz Əliyev də saxlanılıb. Oun əlindəki çantaya baxış zamanı 600 qrama yaxın metamfetamin və 8 qram heroin aşkar olunub. Bəhruz Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyini bildirib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbirləri seçilib. Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər





