Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza mayın 14-də saat 19 radələrində qeydə alınıb.
Bakı şəhər sakinləri Q.Nəhmətovun idarə etdiyi "Hyundai" və Şövkət Sofinin idarə etdiyi "Oka" markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ş.Sofin mayın 15-də ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Milli.Az