“Hyundai”la “Oka” toqquşub, ölən var

16 May 2021 15:54

Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza mayın 14-də saat 19 radələrində qeydə alınıb.

Bakı şəhər sakinləri Q.Nəhmətovun idarə etdiyi "Hyundai" və Şövkət Sofinin idarə etdiyi "Oka" markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ş.Sofin mayın 15-də ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az