Hadisə

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb

12 Yanvar 2021 17:19
Baxış: 469
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mingəçevirdə xüsusi karantin rejimi qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı R.Ələkbərovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi məlum olub.

İcarədar və müştərilər xüsusi karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.