Hadisə

Cəlilabad sakininin avtomobilindən narkotik götürülüb

29 Oktyabr 2020 17:14
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayon sakininin avtomobilindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qarğılı kəndi ərazisində kənd sakini C.İbiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobildən 1,1 kiloqram tiryək və 193 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə C.İbiyevin sərnişinləri olan 2 nəfərin də narkotik vasitələrin qanunsuz döriyyəsi ilə məşğul olmaları şübhə doğurduğundan saxlanılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.