Hadisə

İbrahim Borçalının oğlunun düşdüyü qəzadan VİDEO - FOTO

18 İyul 2020 18:20
Baxış: 10 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu Rəhim Həsənov ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə insident yerindən görüntülər paylaşılıb. Görüntülərdə qəzaya uğrayan avtomobilin tam yararsız hala düşdüyü açıq-aşkar görünür.

Qeyd edək ki, qəza Gürcüstanın Marnueli rayonunun Şulaveri kəndində baş verib. Hadisə zamanı iki nəfər ölüb, onlardan biri 20 yaşlı R. Həsənovdur. 

Xatırladaq ki, Rəhim Həsənov Türkiyədə təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.