Hadisə

Bakı-Quba yolunda “KamAZ”-ın vurduğu Rusiya vətəndaşı öldü

24 May 2020 13:52
0 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya vətəndaşı "KamAZ"-ın altında qalaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun 45-cı kilometrliyində baş verib.

Daş yüklü "KamAZ" markalı yük maşını ehtiyatsızlıqdan Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı  1979-cu il təvəllüdlü Zalibekov Maqammed Zalibekoviçi vuraraq üstündən keçib. Yük maşının altında qalan 41 yaşlı Rusiya vətəndaşı hadisə yerində ölüb.

Ölən şəxs TIR sürücüsü olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.