Hadisə

Bakıda moped piyadanı vurub öldürdü

13 İyul 2019 16:06
1 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mobed piyadanı vurub öldürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

1997-ci ildə Masallı rayonunda anadan olmuş, Masallı şəhəri, H.Əliyev prospekti, ev 56, mənzil 6-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsi, dəniz yolu küçəsi, nömrəsiz yeni tikili evdə yaşayan Məmmədov Elvin Salman oğlu idarə etdiyi "Mondeal" markalı mopedlə Buzovna-Mərdəkan şossesi, Şüvəlan qəsəbəsi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əncirlik yeni yaşayış sahəsində yaşayan 1957-ci il təvəllüdlü Samonin Qriqori Pavloviçi vurub.

Piyada sol ayağın açıq sınığı, döş qəfəsinin küt travması və baş beyinin əziyi xəsarəti ilə 3 saylı Birləşmiş şəhər xəstəxanasına yerləşdirilsə də aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Məlumatla əlaqədar Xəzər RPİ-nin İŞ tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.