Hadisə

Bərdədə 2 quda bir gündə vəfat edi

25 Mart 2019 09:16
4 Şərh     Baxış: 5 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdənin Güloğlular kəndində qəribə və kədərli hadisə baş verib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, iki quda bir gündə vəfat edib.
 
Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşərək Bərdə rayonunun Güloğlular kəndində məskunlaşmış Tapdıq Cəfərovun dəfnindən qayıdan kənd sakinləri daha bir ölüm hadisəsinə şahid olublar.

Belə ki, Tapdıq Cəfərovun dəfnindən qayıdan qudası Baloğlan kişi ehsan süfrəsi arxasındaca dünyasını dəyişib.
 
İlkin məlumata görə, Baloğlan kişi şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun qəfil ölümünə də bu xəstəliyin səbəb olduğu güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.