Hadisə

Bakıda 10 yaşlı uşaq kişini güllələdi

22 Oktyabr 2018 19:46
3 Şərh     Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi azyaşlı uşağın açdığı atəş nəticəsində ölüb: ehtiyatsızlıq səbəbindən baş verən qətl hadisəsi oktyabrın 20-də Qaradağ rayonunda qeydə alınıb. 

Milli.Az xəbər verir ki, bu məlumatı Sputnik Azərbaycan Qaradağ rayon polis idarəsinə istinadla yayıb. 

Rayonun qaçqın və məcburi köçkünlər üçün salınan Ümid qəsəbəsində "Hatsan Apachi" markalı pnevmatik tapançadan açılan atəş nəticəsində Abbaszadə Rəsul Teymur oğlu öldürülüb.

Aparılan araşdırmalar zamanı onun ehtiyatsızlıq nəticəsində 10 yaşlı qohumu R.N. tərəfindən açılan atəş nəticəsində öldüyü məlum olub. Məlum olub ki, uşaq atasının silahını oynadan zaman qəfil atəş açılıb və güllə Rəsulun ürəyinə tuş gəlib. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.