Daşkəsəndə güclü külək - 80-dən artıq binanın dam örtüyü uçdu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üçün komissiya yaradılıb
Martın 24-də saat 15.00 radələrində Daşkəsən rayonu ərazisində güclü külək - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəyib.
Milli.Az APA-ya istinadən bildirir ki, Daşkəsən şəhər S.Vurğun küçəsi 15 və 16 saylı, 2 mərtəbəli, hər biri 12 mənzilli yaşayış binalarının, Xoşbulaq kəndində tibb məntəqəsinin dam örtüyünə ciddi ziyan dəyib.
Güclü külək həmin binaların dam örtüklərini tamamilə sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binaların üstündən atıb. Rayonun Xoşbulaq, Zağalı, Qaraqullar, Mollahəsənli, Əhmədli, Əmirvar, Quşçu və Zəylik kəndlərində, Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində və digər yaşayış məntəqələrində də yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyib, dam örtükləri tamamilə yararsız hala düşüb. İlkin məlumata əsasən, rayon üzrə ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəyib.
Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.
Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılıb, müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunublar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aysun İsmayılova: "2 aydır çörək yemirəm, arıqlayıb 48 kq oldum" (Video)
-
21 yaşlı türk 80 yaşlı italyan sevgilisinə evlilik təklifi etdi (Video)
-
Qazaxda 2 nəfər bıçaqlandı
-
"Mənim kimi bacısı var, qoymaram möhtac olsunlar" - Xalq artisti ağladı - (Video)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyalı fenomenlərdən ağılasığmaz "cinsiyyət partisi" (Video)
-
Rəvan Qarayevin xanımı: "İnsanın əlindən tutmaq üçün yıxılmağı gözləmək lazım deyil”
-
Rafael Nadala "Real Madrid"də vəzifə verildi
-
İbrahim Tatlısesin 1998-ci ildə Bakı səfərində gərgin anların görüntüsü yayıldı - (Video)
-
Vüqar Məmmədov faciəvi şəkildə öldü
-
Aeroport yolunda ağır qəza: Avtomobillərə ciddi ziyan dəydi - (Video)
-
Xalq artistinin arxiv kadrları yayıldı - (Video)
-
Rusiyada bu hava limanı yenə bağlandı
-
“Kəpəz” və “Qarabağ” matça şəhid övladları ilə çıxacaq
-
Ağır qəza - Yaralanan var (Foto)
-
İranda güclü zəlzələ oldu - Naxçıvanda da hiss olunub
-
“Mercedes” bu avtomobili 25 milyon avroya hərraca çıxaracaq
-
Orxan Lökbatanlı ət aldı, tənqid olundu: "Başqa nəsə demək istəmirəm"
-
“Real”ardıcıl 6-cı qələbəsini qazandı
-
24-26 noyabrda həyatları alt-üst ola bilər – Bu bürclərə diqqət!
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
-
Bu da makiyajsız və effektsiz "Azəri qızı" Günel - (Video)
-
Mikrodalğalı soba xərçəng yaradır?
-
Dünən bişirilən yeməyi bu gün yemək olarmı?





