Hadisə

Dünyanı gəzsə də, Bakıda velosipedini oğurladılar - Turisti şoka salan hadisə - FOTO

20 İyun 2017 10:40
10 Şərh     Baxış: 2 729

Bir ildir ki, dünyanı gəzən velosipedçilər Bakıda xoş olmayan bir sürprizlə qarşılaşıb. Belə ki, artıq 7000 km-dən çox yol gələn turistlərin velosipedi Bakıda oğurlanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı biologiya kürsüsü rəhbəri Araz Zeyniyev sosial şəbəkədə yazıb. O bildirib ki, Valentin və iki yoldaşı velosiped ilə səyahətlərinə Fransadan başlayıb. Almaniya, balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcistandan keçib bir həftə əvvəl Bakıya gəliblər. 

Buradan da Qazaxıstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirlər. Bu insanların fikri, sadəcə, elə-belə gəzmək deyil, yerli insanlarla müsahibələr götürüb nəticədə sənədli film hazırlayırlar. Artıq əllərində 100 saatdan çox video-müsahibə də var imiş: 

"Və bilin görək Bakıda nə oldu? Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurlayıblar. Düşünürəm ki, velosipedini tapıb geri vermək, yəqin, çox çətindir, ancaq hər halda bu insanların yoluna davam etməsi, başqa bir velosiped alması üçün kömək etmək borcumuz var. Ağlımda bir neçə ideya var: Valentin və dostları indiyə kimi olan səyahətləri haqqında, müsahibələri haqda mühazirə verib diqqət çəkmək, kömək edə biləcək insanlar ilə əlaqə qurmaq, öz aramıza müəyyən məbləğı toplayıb kömək etmək, uyğun yerlərə şikayət etmək, və s.".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

10 Şərh:

  • Anonim
    t.s · 20 İyun 10:4221

    )))))))))))))))))))))))))))

    Cavab yaz
  • Anonim
    ded183 · 20 İyun 10:4731

    Biyabır elədilər milləti, vay-vay...

    Cavab yaz
  • Anonim
    ......)))) · 20 İyun 10:5360

    Cunki biz cox ac goz milletiy,hele sevinsinki papagini ogurlamayiblar)))

    Cavab yaz
  • Anonim
    Amil · 20 İyun 11:1910

    Bura bakidiye her sey olar

    Cavab yaz
  • Anonim
    Turush · 20 İyun 11:2040

    Ela.Baki ogrulari haqqinda da xususi qeydleri olar yeqin ki.senedli filmi izlemek lazimdir axi biz de yer almisiq bu filmde.bele tanidin Azerbaycani.emelli basli utancvericidi.

    Cavab yaz
  • Anonim
    Baku · 20 İyun 11:2330

    Vay vay..biyabirciliq

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 20 İyun 11:2340

    ))))))) inaniram bizde herwey mumkundu. 1hefte bunnan qabaq kawlokumu ogurladilar avtobusda. Icinde de 40mnt pul ve butun kartlarim vesiqem. Haram xowlari olsum

    Cavab yaz
  • Anonim
    konullu · 20 İyun 11:4430

    Biabirciliq......

    Cavab yaz
  • Anonim
    Noname · 20 İyun 11:5920

    Agillari oz olkelerine gedib de, xaricde velosipedleri qapinin qabaginda qoyurlar hec baglamadan,hec kim toxunmur

    Cavab yaz
  • Anonim
    S........ · 20 İyun 14:2221

    Men deyende ki ozum qohumlarim daxil olmaqla cox pis miletik meni qinayirlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.