Hadisə

Erməni general Qarabağda yaralandı? - YENİLƏNİB - FOTO

17 Mart 2017 10:53
6 Şərh     Baxış: 4 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:53

Qondarma "DQR"in "müdafiə naziri", general-leytenant Levon Mnatsakanyan təmas xəttində yaralanıb və hospitala yerləşdirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə bir sıra erməni KİV-ləri məlumat yayıblar. Lakin "DQR müdafiə nazirliyi"nin nümayəndəsi Senor Həsrətyan "Novosti Armeniya" agentliyinə açıqlamasında bu informasiyanı təkzib edib, "dezinformasiya" adlandırıb.

Erməni qaynaqları xəbər verir ki, Mnatsakanyan martın 15-də təmas xəttinin Xocavənd istiqamətində olub, "Azərbaycan ordusunun kəşfiyyat-diversiya qrupunun həmləsinin qarşısını alan" hərbçiləri mükafatlandırıb.

----------

10:08

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun generalı və iki yüksək rütbəli zabiti ağır yaralanıb.

Milli.Az xəbər verir ki, apa.tv-nin "Iragir.am" saytına istinadən verdiyi məlumata görə, onlar partlayış nəticəsində ağır xəsarət alıblar. Partlayışın hansı səbəbdən və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Yaralı general-leytenant Levon Mnatsakanyan və iki zabit xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu deyilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.