Yay vaxtının ləğvi digər ölkələr arasındakı saat fərqinə necə təsir edəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Nazirlər Kabinetinin 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olundu. Yəni artıq martın 27-də saatlar irəli çəkilməyəcək.
Məlumdur ki, dünya nüfuzunun yüzdə 77-si ( təxminən 4.5 milyard) yay saatına keçmir.
Milli.Az lent.az-a istinadən bildirir ki, Almaniya, ABŞ, Kanada, Meksika, Kuba, Braziliya, Kolorado, Florida, Miçiqan, Missisipi, Nyu York, Ohio, Vaşinqton, Belçika, Rio De Janero, Estoniya, Ukrayna, Serbiya, Slovakiya, San Marino, Portuqaliya, Paraqvay, Malta, Lüksemburq, Fransa, Kanada, Macarıstan, Monako, Ruminya, Monako, Moldova, Suriya, Yeni Zelandiya, İngiltərə, İrlandiya, Çili, Asiyada Ermənistan, Çexiya, İran, Yunanıstan, Afrikada Misir, Fas, Tunus və digər ölkələrdə yay vaxtı istifadə edən ölkələr arasında yer alır. Yay saatı 153 ölkədə isə heç istifadə edilmir.
Yay vaxtına keçib sonra imtina edənlər sırasına isə Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Pakistan, Liviya, Əl-Cəzair, Peru, Orta Asiya ölkələri, Avstraliyanın bir qismi, Orta və Cənubi Amerika qitəsindəki bəzi ölkələr daxildir.
Sonuncu qrupa Azərbaycan da bu gün qoşuldu.
Bildirək ki, Azərbaycanla digər ölkələr arasındakı saat fərqləri belədir: Azərbaycan saatı Türkiyə, Finlandiya, Bolqarıstan, Latviya saatlarından 2 saat, Almaniya, Fransa, Hollandiya, Danimarka, Macarıstan saatlarından 3 saat, ABŞ, Kanada saatlarından 11 saat, Meksika, Braziliya saatından 10 saat, Gürcüstan və Rusiya saatından 1 saat, İran, Hindistan saatından 30 dəqiqə irəlidir. Çin saatından isə 3 saat, Tailand saatından 2 saat, Avstraliya saatından 5 saat geridir.
Bundan başqa, İspaniya saatından 4 saat irəli, Yaponiya saatından 4 saat geri, Qazaxıstan saatından 1 saat geri, Yunanıstan saatından isə 1 saat 59 dəqiqə irəlidir.
Nazirlər Kabinetinin bugünkü qərarından sonra isə Azərbaycanın digər ölkələrlə saat fərqində də dəyişiklik müşahidə ediləcək.
Nəzərə alsaq ki, ölkədə daha çox türk kanalları izlənilir. Demək ki, veriliş, serialların da vaxtında xeyli fərq yaranacaq.
Türkiyə saatı Azərbaycan saatından 2 saat geridirsə, artıq bu fərq 1-ə enəcək. Belə ki, Türkiyədə yay vaxtına keçidlə bağlı martın son bazar günü saatlar bir saat irəli çəkiləcək.
Rusiya ilə isə saat fərqimiz olmayacaq.
Bundan başqa, Braziliya ilə saat fərqimiz 9 saat, Fransa ilə 2 saat, Yunanıstanla saat fərqimiz 1 saata, Almaniya saatı ilə fərq isə 2 saata enəcək.
Nyu York saatı Azərbaycan saatından 8 saat geri idisə, indi bu fərq 7-ə enəcək.
Həmçinin, Azərbaycan saatı Budapeşt saatından 3 saat irəli idisə, indi bu fərq 2-ə enəcək. Macarıstan saatı 3 saat geri idisə, indi bu fərq 2-ə enəcək.
Azərbaycan saatı Çexiya saatından 3 saat irəlidirsə, indi saat fərqi 2 saat olacaq.
Xatırladaq ki, yay vaxtına keçid ilk dəfə 1784-cü ildə ortaya atılıb, 1916-cı ildən tətbiqinə başlanılıb. Yay saatı tətbiqi hər hansı bir ölkədə və ya bölgədə gün işığından, səhərlər daha az, günortadan sonra daha çox yararlanmaq üzrə periodik olaraq saatların müəyyən bir miqdarda dəyişdirilməsidir. Yəni yay vaxtına keçid zamanı saatlar bir saat irəli, qış vaxtına keçid zamanı isə bir saat geri çəkilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Bunun üçün 100 min xərcləyirik"
-
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
-
Biləsuvarda ağır qəza - yaralılar var - FOTO
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib
-
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI
-
Ayxan Abbasov: “Elvin özünə yeni klub tapmalıdır”
-
Aldığı qonorarın yüksək olduğunu deyənlərə cavab verdi
-
Dünyanın ən bahalı futbolçularının reytinqi - SİYAHI
-
Oğluna dördüncü dəfə Laçında toy etdi
-
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı
-
Azərbaycan və İran XİN rəhbərləri telefonla danışdı
-
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb - VİDEO
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO
-
Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI - YENİLƏNİB
-
Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
Yeni səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Röya Ayxanın toyda bəyin dostu ilə dueti gündəm oldu - VİDEO
-
Azərbaycanda yüksək dəyəri olan sərvəti bilmədən zibilliyə atırlar - AÇIQLAMA
-
“Belə insanlarla əlaqəni kəsmək lazımdır”
-
BARZA Collection Tural Möyüfovun ilk fərdi sərgisi olan HÜDUD-u təqdim edir
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
“O görüntülər süni intellektlə yaradılıb” - RƏSMİ
-
Keşlədəki yanğın söndürüldü - YENİLƏNİB





