Hadisə

Zaqatalada iki ev yandı - VİDEO

27 Fevral 2015 14:59
0 Şərh     Baxış: 1 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Kanal S" (Region TV) xəbər verir ki, Zaqatalada bir gündə iki fərdi yaşayış evində yanğın olub. Birinci yanğın hadisəsi rayonun Danaçı kəndində Osman Qudiyevə məxsus, ümumi sahəsi 96 kv.m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin  Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 25 kv.m-lik sahəsi və evin 16 kv.m-lik mətbəxi içərisindəki əşyalarla birlikdə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib.

Eyni vaxta daha bir yanğın hadisəsi rayonun Dombabinə kəndində Fikrət Ramazanova məxsus, ümumi sahəsi 130 kv.m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Yanğın nəticəsində evin çardaq hissəsinin 3 kv.m-lik sahəsi və bir otağın tavan hissəsi 3 kv.m-lik sahəsi yanıb. FHN-in Zaqatala rayon DYMH-nin əməkdaşlarının səyi nəticəsində yangın söndürülüb.

Hər iki yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Milli.Az

 Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.