Hadisə

Bakıda iki gənc dərmandan zəhərləndi

27 Fevral 2015 13:25
0 Şərh     Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə Bakıda iki nəfər dərmandan zəhərlənib.

Anspress-in məlumatına görə, hadisələr müxtəlif yerlərdə baş verib.

Hadisələrdən biri saat 02:15-də Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbənin M.S.Ordubadi küçəsində yaşayan 20 yaşlı Mətanət Qurbanova qəbul etdiyi pereparatdan zəhərlənib. Onu xəstəxanaya yerləşdiriblər.

Digər hadisə saat 03:28-də Sabunçu rayonu ərazisində qeydə alınıb. Rayonun Bakıxanov qəsəbəsində yaşayan 23 yaşlı Fərman Yusifov dərman qəbul edib. Onun halı pisləşib. Yaxınlarının köməyilə onu xəstəxanaya yerləşdiriblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.