Hadisə

Şamaxıda evdə partlayış, iki uşaq anası yandı

27 Dekabr 2014 15:22
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı şəhərində bir nəfərin ağır yanıq xəsarətləri alması ilə nəticələnən partlayış baş verib.
 

Milli.Az bildirir ki, APA-nın xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində Şamaxı şəhərinin M.F.Axundov küçəsindəki 68 saylı mənzildə qeydə alınıb.
 

1971-ci il təvəllüdlü ev sahibi Nigar Səlim qızı Hüseynova hamam otağındakı su qızdırıcısını işə salmaq istəyərkən təbii qazın yandırılmasını düzgün yerinə yetirməyib. Nəticədə kustar üsulla hazırlanan su qızdırıcısının içinə dolan qaz alışma zamanı partlayışa səbəb olub. Hadisə zamanı iki uşaq anası N.Hüseynova bədənin müxtəlif nahiyələrinin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda N.Hüseynovanın vəziyyəti ağır olaraq qalır.
 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.