Hadisə

Salyanda yol qəzasında 2 nəfər yaralandı

27 Dekabr 2014 14:25
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Salyan rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Milli.Az CTV-yə istinadən bildirir ki, hadisə Ələt-Astara magistralının 15-ci kilometrliyində Salyanın Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Neftçala rayon sakini, 30 yaşlı Coşqun Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı isitqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə sürücü və yanındakı sərnişin Bakı şəhər sakini, 32 yaşlı Amil Orucov müxtəlif dərəcli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara ilk tibbi yardım göstərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.